https://sputnik.az/20240618/bu-yay-yuksek-temperatur-rekordlari-gozlenilir---mutexessisler-465303375.html
Bu yay yüksək temperatur rekordları gözlənilir
Bu yay yüksək temperatur rekordları gözlənilir
Sputnik Azərbaycan
Dünya ekstremal temperaturlarla yadda qalan bir illə mübarizə apararkən, iqlimşünaslar yay aylarının potensial mənfi təsirləri ilə bağlı həyəcanverici... 18.06.2024, Sputnik Azərbaycan
2024-06-18T19:42+0400
2024-06-18T19:42+0400
2024-06-18T12:34+0400
yay
dünya xəbərləri
isti
iqlim
temperatur
dünya
antarktida
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0a/456651985_0:207:2904:1841_1920x0_80_0_0_315f8afda234f1bfecbcc7cc4f8fe454.jpg
BAKI, 18 iyun — Sputnik. "Priestley Climate Futures" Mərkəzinin direktoru Piers Forster xəbərdarlıq edib ki, bu yay mövsümündə bir çox ölkədə yüksək temperatur rekordları gözlənilir. Xarici media xəbər verir ki, dünya ekstremal temperaturlarla yadda qalan bir illə mübarizə apararkən, iqlimşünaslar yay aylarının potensial mənfi təsirləri ilə bağlı həyəcanverici proqnozlar verirlər. Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) son hesabatında 2024-cü ilin mayının qlobal miqyasda rekord həddə çatan ən isti may ayı olduğu , qlobal orta səth havasının temperaturunun 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə Selsi yuxarı qalxdığı qeyd edilib. Hesabat müəllifləri vurğulayıblar ki, son 12 ay ərzində - 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,75 dərəcə Selsi və 1850-ci ildə olduğundan 1,63 dərəcə Selsi yuxarı olub. "Ardıcıl 12-ci aydır ki, qlobal orta temperatur müvafiq ay üçün rekord həddə çatır", C3S-in bəyanatında qeyd olunur. C3S-in direktoru Karlo Buontempo 12 aylıq seriyanı "həyəcanverici" adlandırıb, eyni zamanda, onun təəccüblü olmadığını əlavə edib:Mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, son 12 ayda müşahidə olunan rekord istilər bu yay ifrat təsirini göstərə bilər. İngiltərədəki Lids Universitetinin "Priestley Climate Futures" Mərkəzinin direktoru Piers Forster deyib:"Hazırda Hindistan və Yaxın Şərqdə çox yüksək temperatur müşahidə olunur. Mən Türkiyədə də çox isti bir yayın olacağını gözləyirəm". O vurğulayıb ki, bütün ölkələr qlobal istiləşmə təhlükəsini ciddi qəbul etməli və müvafiq tədbirlər görməlidir. Piers Forster daha sonra deyib:Son 12 ayda rekord istilərdən danışan iqlim tədqiqatçıları xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin davam etməsi bütün dünyada ciddi fəsadlara səbəb olur. Tez-tez və intensiv hal alan istilik dalğaları və daşqın hadisələri, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan Qrenlandiya və Antarktidada buz təbəqəsinin daha çox əriməsi iqlim dəyişikliyinin nəticəsidir. Qlobal istiləşmənin yeni dalğası, həmçinin Qrenlandiya və Qərbi Antarktidanın nəzarətsiz şəkildə əriməyə davam edə biləcəyi, uzunmüddətli perspektivdə (100 ildən çox) dəniz səviyyəsinin xeyli (təxminən 10 metr) qalxmasına səbəb olacaq normal hədlərin aşılması risklərini artırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0a/456651985_87:0:2818:2048_1920x0_80_0_0_7ed932d7b4ae88f19e6500a068bda229.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yay, isti, iqlim, temperatur, dünya, antarktida
yay, isti, iqlim, temperatur, dünya, antarktida
Bu yay yüksək temperatur rekordları gözlənilir
Dünya ekstremal temperaturlarla yadda qalan bir illə mübarizə apararkən, iqlimşünaslar yay aylarının potensial mənfi təsirləri ilə bağlı həyəcanverici proqnozlar verirlər.
BAKI, 18 iyun — Sputnik. "Priestley Climate Futures" Mərkəzinin direktoru Piers Forster xəbərdarlıq edib ki, bu yay mövsümündə bir çox ölkədə yüksək temperatur rekordları gözlənilir.
Xarici media xəbər verir ki, dünya ekstremal temperaturlarla yadda qalan bir illə mübarizə apararkən, iqlimşünaslar yay aylarının potensial mənfi təsirləri ilə bağlı həyəcanverici proqnozlar verirlər.
Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) son hesabatında 2024-cü ilin mayının qlobal miqyasda rekord həddə çatan ən isti may ayı olduğu , qlobal orta səth havasının temperaturunun 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə Selsi yuxarı qalxdığı qeyd edilib. Hesabat müəllifləri vurğulayıblar ki, son 12 ay ərzində - 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,75 dərəcə Selsi və 1850-ci ildə olduğundan 1,63 dərəcə Selsi yuxarı olub. "Ardıcıl 12-ci aydır ki, qlobal orta temperatur müvafiq ay üçün rekord həddə çatır", C3S-in bəyanatında qeyd olunur.
C3S-in direktoru Karlo Buontempo 12 aylıq seriyanı "həyəcanverici" adlandırıb, eyni zamanda, onun təəccüblü olmadığını əlavə edib:
"Bu rekord qıran aylar ardıcıllığı nəhayət kəsilsə də, iqlim dəyişikliyinin ümumi tendensiyası qalır və heç bir müsbət dəyişiklik müşahidə olunmur".
Mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, son 12 ayda müşahidə olunan rekord istilər bu yay ifrat təsirini göstərə bilər. İngiltərədəki Lids Universitetinin "Priestley Climate Futures" Mərkəzinin direktoru Piers Forster deyib:
"Hazırda Hindistan və Yaxın Şərqdə çox yüksək temperatur müşahidə olunur. Mən Türkiyədə də çox isti bir yayın olacağını gözləyirəm". O vurğulayıb ki, bütün ölkələr qlobal istiləşmə təhlükəsini ciddi qəbul etməli və müvafiq tədbirlər görməlidir.
Piers Forster daha sonra deyib:
"Hazırda dünya istixana qazları emissiyası ilə bağlı ifrat dərəcədə istilər yaşayır. 2023-cü ildə El Nino kimi təbii amillərə görə havalar xüsusilə isti olub, lakin 10 ildən sonra hazırkı temperaturlar adi hal olacaq".
Son 12 ayda rekord istilərdən danışan iqlim tədqiqatçıları xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin davam etməsi bütün dünyada ciddi fəsadlara səbəb olur. Tez-tez və intensiv hal alan istilik dalğaları və daşqın hadisələri, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan Qrenlandiya və Antarktidada buz təbəqəsinin daha çox əriməsi iqlim dəyişikliyinin nəticəsidir. Qlobal istiləşmənin yeni dalğası, həmçinin Qrenlandiya və Qərbi Antarktidanın nəzarətsiz şəkildə əriməyə davam edə biləcəyi, uzunmüddətli perspektivdə (100 ildən çox) dəniz səviyyəsinin xeyli (təxminən 10 metr) qalxmasına səbəb olacaq normal hədlərin aşılması risklərini artırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.