NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünya bazarlarında neft ucuzlasa da, Azərbaycan nefti bahalaşıb

© AP Photo / Richard DrewBirjada, arxiv
Birjada, arxiv - Sputnik Azərbaycan, 1920, 18.06.2024
Abunə olmaq
"Brent" markalı neftin dəyəri 0,12% azalıb, “Azeri Light” nefti isə ötən günlə müqayisədə 1.31 ABŞ dolları və ya 1.55% bahalaşıb.
BAKI, 18 iyun - Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.31 ABŞ dolları və ya 1.55% artaraq 85.64 ABŞ dolları təşkil edib.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin avqust müqaviləsinin dəyəri 0,12% azalaraq 1 barelə görə 84.15 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,14% azalaraq 1 barelə görə 80.22 ABŞ dolları təşkil edib.
08.06.24, 12:14
Azərbaycan nefti ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar azalaraq 79,62 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar azalaraq 75,53 dollar təşkil edib.
Azərbaycan neftinin də dünya bazarında ucuzlaşması qeydə alınıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,27 faiz azalaraq 80,69 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0