https://sputnik.az/20240617/velosiped-yollari-ile-bagli-dovlet-standarti-qebul-edilib-465388540.html
Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib
Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib
Sputnik Azərbaycan
Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb. 17.06.2024, Sputnik Azərbaycan
2024-06-17T23:59+0400
2024-06-17T23:59+0400
2024-06-17T23:59+0400
velosiped
cəmiyyət
yol
dövlət
standart
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
kilometr
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461416813_0:296:768:728_1920x0_80_0_0_1fc536f08f44e0eefa1f973bf8339cee.jpg
BAKI, 17 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 "Şehiriçi yollar - Bisiklet yolları" standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – "Şəhərdaxili yollar – Velosiped yolları" dövlət standartı qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb. Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Qeyd edək ki, "Bakıda velosiped nəqliyyatı"konseptual planı hazırlanıb. Sözügedən plan Bakı şəhərinin hazırlanan yeni Baş Planına da daxil edilib. Baş plana əsasən ilkin mərhələdə, yəni, 2027-ci ilə qədər Bakı şəhərində ümumi uzunluğu 63.5 km, daha sonrakı mərhələdə isə yəni 2040-cı ilədək umumi uzunluğu 251.2 km olan velosiped yol şəbəkəsinin təşkili planlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/13/461416813_0:224:768:800_1920x0_80_0_0_60a660b9d0c625765cd1b223714b0537.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
velosiped, yol, dövlət, standart, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, kilometr, nəqliyyat
velosiped, yol, dövlət, standart, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, kilometr, nəqliyyat
Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib
Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb.
BAKI, 17 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 "Şehiriçi yollar - Bisiklet yolları" standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – "Şəhərdaxili yollar – Velosiped yolları" dövlət standartı qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.
Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, "Bakıda velosiped nəqliyyatı"konseptual planı hazırlanıb. Sözügedən plan Bakı şəhərinin hazırlanan yeni Baş Planına da daxil edilib. Baş plana əsasən ilkin mərhələdə, yəni, 2027-ci ilə qədər Bakı şəhərində ümumi uzunluğu 63.5 km, daha sonrakı mərhələdə isə yəni 2040-cı ilədək umumi uzunluğu 251.2 km olan velosiped yol şəbəkəsinin təşkili planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.