https://sputnik.az/20240617/ust-dord-nov-mehsul-her-il-avropada-27-milyon-insanin-heyatina-son-qoyur-465343277.html
ÜST: dörd növ məhsul hər il Avropada 2,7 milyon insanın həyatına son qoyur
ÜST: dörd növ məhsul hər il Avropada 2,7 milyon insanın həyatına son qoyur
Sputnik Azərbaycan
Təşkilat qeyd edib ki, bu cür məhsulların istehsalçıları az sayda transmilli korporasiyada birləşiblər. 17.06.2024, Sputnik Azərbaycan
2024-06-17T23:02+0400
2024-06-17T23:02+0400
2024-06-17T23:02+0400
üst
dünya xəbərləri
siqaret
tütün
alkoqol
ümumdünya səhiyyə təşkilatı
avropa
milyon
insan
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373066_0:0:3078:1731_1920x0_80_0_0_6f4f193ee490bc05d2597fa0d4eec08f.jpg
BAKI, 17 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu hər il Avropada 2,7 milyon insanın ölümünə səbəb olan dörd növ məhsulun adını açıqlayıb. Bu barədə Rusiya mediası ÜST-ə istonadən xəbər verib. Təşkilatın sənədində dünyada hər il 19 milyon insanın həyatına son qoyan tütün, alkoqol, ultra emal olunmuş məhsullar və qazıntı şəklində olan yanacaqlar vurğulanır. Təkcə Avropa regionunda bu göstərici 2,7 milyon təşkil edir. ÜST qeyd edir ki, bu cür məhsulların istehsalçıları az sayda transmilli korporasiyalarda birləşiblər. Sənəddə qeyd edilib ki, bu, onlara siyasi və hüquqi şəraitə təsir göstərməyə kömək edib. Təşkilatdan vurğulayıblar ki, təhlükəli məhsul istehsalçılarının taktikasına həssas insanların marketinq yolu ilə istismarı, yanıltması, habelə informasiyanın təhrif edilməsi daxildir. Bu yaxınlarda ÜST dünyada elektron siqaretlərin yayılmasını məhdudlaşdırmağa çağırıb. Təşkilat müvafiq qaydaların tətbiqi tələbi ilə ölkə hakimiyyətinə müraciət edib. Qeyd olunub ki, dünyada təxminən 5,3 milyard insan siqaretin zərərləri haqqında qrafik məlumatları görür, lakin bu, kifayət deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42437/30/424373066_263:0:2994:2048_1920x0_80_0_0_d72690d4e0b5c9c659978c1f29bcdee9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, siqaret, tütün, alkoqol, ümumdünya səhiyyə təşkilatı, avropa, milyon, insan
üst, siqaret, tütün, alkoqol, ümumdünya səhiyyə təşkilatı, avropa, milyon, insan
ÜST: dörd növ məhsul hər il Avropada 2,7 milyon insanın həyatına son qoyur
Təşkilat qeyd edib ki, bu cür məhsulların istehsalçıları az sayda transmilli korporasiyada birləşiblər.
BAKI, 17 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu hər il Avropada 2,7 milyon insanın ölümünə səbəb olan dörd növ məhsulun adını açıqlayıb. Bu barədə Rusiya mediası ÜST-ə istonadən xəbər verib.
Təşkilatın sənədində dünyada hər il 19 milyon insanın həyatına son qoyan tütün, alkoqol, ultra emal olunmuş məhsullar və qazıntı şəklində olan yanacaqlar vurğulanır. Təkcə Avropa regionunda bu göstərici 2,7 milyon təşkil edir.
ÜST qeyd edir ki, bu cür məhsulların istehsalçıları az sayda transmilli korporasiyalarda birləşiblər. Sənəddə qeyd edilib ki, bu, onlara siyasi və hüquqi şəraitə təsir göstərməyə kömək edib.
Təşkilatdan vurğulayıblar ki, təhlükəli məhsul istehsalçılarının taktikasına həssas insanların marketinq yolu ilə istismarı, yanıltması, habelə informasiyanın təhrif edilməsi daxildir.
Bu yaxınlarda ÜST dünyada elektron siqaretlərin yayılmasını məhdudlaşdırmağa çağırıb. Təşkilat müvafiq qaydaların tətbiqi tələbi ilə ölkə hakimiyyətinə müraciət edib. Qeyd olunub ki, dünyada təxminən 5,3 milyard insan siqaretin zərərləri haqqında qrafik məlumatları görür, lakin bu, kifayət deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.