CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 17 iyun – FOTO

© Sputnik17 iyun
17 iyun  - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 17 iyun — Sputnik. İyunun 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 17-də kimlər anadan olub?
Elbəy Rzaquliyev (1926 - 2007) - Azərbaycan SSR xalq rəssamıdır. O, "Ögey ana", "Onun böyük ürəyi", "Telefonçu qız", "Arşın mal alan", "Sevil", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin quruluşçu rəssamı olub.
© Photo : Public DomenElbəy Rzaquliyev
Elbəy Rzaquliyev - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Elbəy Rzaquliyev
Fidan Qasımova (1947) - Azərbaycan SSR xalq artisti və opera müğənnisidir. O, ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Norveç və başqa ölkələrdə çıxış edib.
© Photo : PUBLIC DOMAINFidan Qasımova, Xalq Artisti
Fidan Qasımova, Xalq Artisti  - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Fidan Qasımova, Xalq Artisti
İqor Stravinski (1882 - 1971) - rusiyalı bəstəkar və dirijordur. O, XX əsrin dünya musiqi mədəniyyətinin ən böyük nümayəndələrindən biridir. Stravinskinin musiqisi üslub müxtəlifliyi ilə seçilir və bəstəkarlıqla yanaşı, o, həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanıb. Bəstəkar Fransa (1934) və ABŞ (1945) vətəndaşıdır.
© Sputnikİqor Stravinski
İqor Stravinski  - Sputnik Azərbaycan, 1920, 13.06.2024
İqor Stravinski
Kşiştof Zanussi (1939) - polşalı kinorejissor, ssenarist və prodüserdir. O, "Qızıl Aslan" Venesiya Film Festivalının baş mükafatı laureatıdır. Zanussinin ən məşhur filmləri "Qara günəş", "Ovucundakı ürək" kinolarıdır.
© AP Photo / DOMENICO STINELLISKşiştof Zanussi
Kşiştof Zanussi  - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Kşiştof Zanussi
Aleksandra Zaxarova (1962) - Sovet və Rusiya aktrisası, RF xalq artistidir. O, "Kriminal istedad", "Sevgi formulu", "Əjdahanı öldürmək" və s. filmlərdə rol alıb.
© Sputnik / Екатерина ЧесноковаAleksandra Zaxarova
Aleksandra Zaxarova - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Aleksandra Zaxarova
17 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1944-cü ildə Danimarkadan ayrılan İslandiya özünü respublika elan edib.
1970-ci ildə amerikalı alim Edvin Lend "Polaroid" kamerasını patentləşdirib.
© AP Photo / PATRICIA MCDONNELLPolaroid
Polaroid - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Polaroid
1985-ci ildə ABŞ-da "Discovery" kabel televiziyası şəbəkəsi yaranıb.
1989-cu ildə Berlin hava limanında İl-62 layneri qəzaya uğrayıb. Bu qəzada 22 nəfər həyatını itirib.
2001-ci ildən 17 iyun Azərbaycanda Tibb İşçiləri Günü kimi qeyd olunur. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin sərəncamı ilə Səhiyyə Nazirliyi təsis edilib.
Xəbər lenti
0