DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Süni intellekt təhlükəli aritmiyanı müəyyən etməyi öyrəndi

© iStock.com / MonsitjSüni intellekt
Süni intellekt - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Məcmuə yazır ki, süni intellekt təhlükəli mədəcik aritmiyasını aşkar etməyə müvəffəq olub.
BAKI, 17 iyun — Sputnik. Böyük Britaniyanın Lester Universitetinin alimləri mədəciyin aritmiyasını - ürəyin aşağı hissələrində anormal elektrik siqnalları nəticəsində yaratdığı təhlükəli ürək ritm pozğunluğunu aşkar etmək üçün süni intellekt alqoritmlərini öyrədiblər.
Tədqiqatın nəticələri "European Heart Journal-Digital Health" (EHJ-DH) jurnalında dərc olunub.
Mədəciyin aritmiyası - ürəyin aşağı kameralarında meydana gələn ürək ritminin pozulmasıdır. Bu orqanın anormal elektrik aktivliyi və sürətli ürək döyüntüsü ilə xarakterizə olunur ki, bu da qan təzyiqinin kəskin azalmasına və sonradan şüurun itirilməsinə (və ya ölümə) səbəb ola bilər.
Süni intellektin təlimi və sınaqları zamanı alimlər yetkin yaşına çatmış 270 nəfərdən elektrokardioqram (EKQ) məlumatlarını toplayıb modelə təqdim ediblər. Nəticələr göstərib ki, süni intellekt təhlükəli aritmiyalara meyli təxminən 80% dəqiqliklə müəyyən edə bilir.
Alimlər qeyd ediblər ki, bu cür diaqnostika metodu təhlükəli riski müəyyən etmək və çoxlu sayda qəfil ölüm hallarının qarşısını almaq üçün daha effektiv üsulların işlənib hazırlanmasına kömək edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0