DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Fələstin dövlətini tanımağa çağırıb

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidMəhəmməd bin Salman Əl Səud
Məhəmməd bin Salman Əl Səud - Sputnik Azərbaycan, 1920, 17.06.2024
Abunə olmaq
Şahzadə Məhəmməd bin Salman Məkkədəki Mina sarayında həcc ziyarəti etmiş tanınmış siyasətçiləri və müxtəlif şəxsiyyətləri qəbul edib.
BAKI, 17 iyun - Sputnik. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bazar ertəsi günü beynəlxalq ictimaiyyəti müstəqil Fələstin dövlətini tanımağa çağırıb və bu addımın Yaxın Şərqdə sülhün əldə olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu barədə RİA Novosti xəbər yayıb.

“Krallıq bir daha beynəlxalq ictimaiyyəti 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətini tanımağa çağırır. Bu, qardaş Fələstin xalqına öz qanuni hüquqlarını əldə etməyə imkan verəcək və hərtərəfli, ədalətli və davamlı sülhə yol açacaq”, - Səudiyyə dövlət xəbər agentliyi SPA vəliəhd şahzadənin sözlərindən sitat gətirir.

Şahzadə bu barədə Məkkədəki Mina sarayında, burada Məkkə və Mədinədə Kral Salman Əl Səudun adından müsəlmanların müqəddəs yerlərində həcc ziyarəti etmiş tanınmış siyasətçiləri və müxtəlif şəxsiyyətləri qəbul edərkə danışıb.
Vəliəhd BMT Təhlükəsizlik Şurasının son qətnamələrinin, xüsusilə də Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamələrin icrasının vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti anklavda insanların həyatını qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0