https://sputnik.az/20240616/olkede-qanunsuz-yasayan-ecnebilerin-vetendaslarla-nikaha-girmesi-qadagan-edilir-465218335.html
Ölkədə qanunsuz yaşayan əcnəbilərin vətəndaşlarla nikaha girməsi qadağan edilir
Ölkədə qanunsuz yaşayan əcnəbilərin vətəndaşlarla nikaha girməsi qadağan edilir
Sputnik Azərbaycan
İkisindən biri və ya hər ikisi Azərbaycan ərazisində qanunsuz məskunlaşmış və ya vətəndaşlığı olmayan şəxsdirsə, onların arasında nikahın bağlanmasına yol... 16.06.2024, Sputnik Azərbaycan
2024-06-16T21:40+0400
2024-06-16T21:40+0400
2024-06-16T15:39+0400
əcnəbi
cəmiyyət
ailə məcəlləsi
əcnəbi və vətındaşlığı olmayan şəxs
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
nikah
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_0:116:1875:1171_1920x0_80_0_0_b2c8b686820be5c085d8bb8aa66a2ec3.jpg
BAKI, 16 iyun— Sputnik. İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək. Bu, Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir. Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_207:0:1875:1251_1920x0_80_0_0_905c4d16278aac8a209d06a259542fbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əcnəbi, ailə məcəlləsi, əcnəbi və vətındaşlığı olmayan şəxs, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, nikah, milli məclis
əcnəbi, ailə məcəlləsi, əcnəbi və vətındaşlığı olmayan şəxs, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, nikah, milli məclis
Ölkədə qanunsuz yaşayan əcnəbilərin vətəndaşlarla nikaha girməsi qadağan edilir
İkisindən biri və ya hər ikisi Azərbaycan ərazisində qanunsuz məskunlaşmış və ya vətəndaşlığı olmayan şəxsdirsə, onların arasında nikahın bağlanmasına yol verilməyəcək.
BAKI, 16 iyun— Sputnik. İkisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olaraq yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Bu, Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
Layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.