CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

© Sputnik / Murad OrujovBakıda məsciddə namaz qılan şəxslər
Bakıda məsciddə namaz qılan şəxslər - Sputnik Azərbaycan, 1920, 16.06.2024
Abunə olmaq
Bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.
BAKI, 16 iyun - Sputnik. Ramazan ayının başa çatması ilə əlaqədar olaraq bu gün Azərbaycanda bayram namazı qılınıb.
Bayram namazında QMİ-nin rəsmiləri, bir sıra xarici ölkələrin vətəndaşları və yerli əhali iştirak edib.
Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Qurban bayramı münasibətilə Şuşa şəhərində bayram namazı qılınıb.
“Report” xəbər verir ki, bayram namazı Yuxarı Gövhər Ağa məscidində qılınıb.
İlk dəfə olaraq, ibadətdə şəhərə yenicə köçürülmüş sakinlər iştirak ediblər.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.
Xəbər lenti
0