DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaşadığımız Yer bir kosmik gəmi, biz isə onun ekipajıyıq - Cihangir Atasever

© Photo : REPORTTürkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər
Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasevər  - Sputnik Azərbaycan, 1920, 15.06.2024
Abunə olmaq
Atasevər istəyir ki, gənclər bizim yaşadığımız qaya parçasının kosmik gəmi, insanların isə ekipaj üzvləri olduğunu başa düşsünlər.
BAKI, 15 iyun - Sputnik. Kosmosa çıxan Azərbaycan əsilli türkiyəli astronavt Cihangir Atasever sosial şəbəkədə təəssüratlarını bölüşüb.
"Dünya hər nəfəslə yenilənir, 8 iyunda mən 90 kilometr yüksəkliyə qalxdım və ilk dəfə olaraq üzərində yaşadığımız kosmik gəmini öz gözlərimlə gördüm, tamamilə yeni bir dünyaya göz açdım” - astronavt yazıb.
İndi onun məqsədi gənclərlə təcrübəsini bölüşməkdir ki, onlar da bu hissləri yaşamaq istəsinlər və bizim yaşadığımız qaya parçasının kosmik gəmi, insanların isə ekipaj üzvləri olduğunu başa düşsünlər.
"Qoy onlar yaşadığımız reallığı başa düşsünlər. Biz birlikdə daha dinc və firavan gələcək quracağıq. Mən həqiqətən inanıram ki, biz buna nail ola bilərik” - Cihangir ümidlə bildirib.
Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub. Onun uçuşu 1 saat 20 dəqiqə davam edib. Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. Əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.
Missiya zamanı astronavt üzərində Türkiyə və Azərbaycan bayraqları naxışlı forma geyinib.
Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.
Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.
Xəbər lenti
0