CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 15 iyun – FOTO

© Sputnik 15 iyun
 15 iyun - Sputnik Azərbaycan, 1920, 15.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 15 iyun — Sputnik. İyunun 15-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 15-də kimlər anadan olub?
Mixail Derjavin (1936-2018) - Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artistidir. O, "Fərqli talelər", "Boğulan insanı xilas edin", "Gecə ziyarəti" və s. filmlərdə rol alıb.
© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidMixail Derjavin
Актер Михаил Державин - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Mixail Derjavin
Demis Russos (1946-2015) - 40-a yaxın orijinal albom buraxan yunan müğənnisidir. Onun ən populyar mahnıları – "From Souvenirs to Souvenirs", "Goodbye my Love", "Goodbye", "Forever and Ever", "My Only Fascination"dir .
© AFP 2024 / JEAN-PIERRE MULLERDemis Russos
Demis Russos  - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Demis Russos
Ceyms Beluşi (1954) amerikalı aktyor, müğənni və musiqiçidir. "Əsl kişilər", "Direktor", "Qırmızı istilik", "Homer və Eddi", "K-9", "Palermonu unutmaq", "Cənab Tale", "Yalnız tənhalar başa düşəcək" filmlərindəki rolları ona böyük şöhrət gətirib.
© AP Photo / FRANK FRANKLIN IICeyms Beluşi
Ceyms Beluşi - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Ceyms Beluşi
Andrey Leonov (1959) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, "Atanın qızları" serialındakı psixoterapevt və çoxuşaqlı ata rolu ilə geniş şöhrət qazanıb.
© Sputnik / Владимир Федоренко / Mediabanka keçidAndrey Leonov
Andrey Leonov - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Andrey Leonov
Helen Hant (1963) amerikalı aktrisa, ssenarist, rejissor və prodüserdir. O, dörd "Emmi" və üç "Qızıl Qlobus" mükafatı aldığı "Sənin üçün ölürəm" televiziya serialındakı rolu ilə tanınır. Aktrisa "Daha da yaxşı olmur" komediyasında oynadığı rola görə "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır.
© AP Photo / Danny MoloshokHelen Hant
Helen Hant - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Helen Hant
Kourtni Koks (1964) ABŞ aktrisası, rejissoru və prodüseridir. O, "Dostlar" sitkomunda Monika Geller, eləcə də "Qışqırıq" film seriyasındakı jurnalist Geyl Uezers rolu ilə tanınır.
© AP Photo / DAN STEINBERGKourtni Koks
Kourtni Koks - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Kourtni Koks
15 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1667-ci ildə fransız həkimi Jan-Batist Deni dünyada ilk uğurlu qanköçürməni həyata keçirib - o, təxminən 12 unsiya (1 unsiya) quzu qanını 15 yaşlı bir uşağa köçürüb.
1844-cü ildə amerikalı ixtiraçı Çarlz Qudyir rezin vulkanizasiya üsulunu patentləşdirib.
1851-ci ildə amerikalı Cekob Fussel Baltimorda dünyanın ilk dondurma fabrikini qurub.
1954-cü ildə Avropa Futbol Assosiasiyaları İttifaqı - UEFA yaradılıb.
2001-ci ildə Rusiya, Qazaxıstan, Çin, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) yaradıblar.
1993-cü ildə Heydər Əliyev (1923-2003) yenidən Azərbaycan rəhbərliyinə qayıdır və respublika Ali Sovetinin sədri seçilir. Nəticədə ölkə dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olur. Bu ərəfədə respublikanın inkişafının möhkəm bünövrəsi qoyulur. 1997-ci ilin iyununda Milli Məclis (parlament) bu günü dövlət bayramı - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib.
Xəbər lenti
0