https://sputnik.az/20240615/qurbanliq-heyvan-almaq-neceye-basa-gelir-reportaj---foto---video-465400738.html
Qurbanlıq heyvan almaq neçəyə başa gəlir? Reportaj - Foto - Video
Qurbanlıq heyvan almaq neçəyə başa gəlir? Reportaj - Foto - Video
Sputnik Azərbaycan
Fermerlər bildirib ki, bayram günlərində də bu gün olduğu kimi qiymətlər dəyişməyəcək. 15.06.2024, Sputnik Azərbaycan
2024-06-15T09:18+0400
2024-06-15T09:18+0400
2024-06-15T09:18+0400
qurban bayramı
cəmiyyət
manat
satış
kəsim
məntəqə
azərbaycan
heyvan
qoyun
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465381566_0:120:1280:840_1920x0_80_0_0_4f57d756c892ae3425c14ea0ad46d6c9.jpg
BAKI, 15 iyun — Sputnik. İyun ayının 16-17-də digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd ediləcək. Artıq indidən qurbanlıq heyvanların satışı üçün yerlər müəyyən olunub və satış prosesinə start verilib. Ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Sputnik Azərbaycan bu bayram qurbanlıq heyvanların qiymətində bahalaşma olub-olmadığını araşdırmaq üçün satış və kəsim üçün Bakıda təşkil olunmuş məntəqələrdən birində olub. Artıq Qaradağ rayonu, Lökbatan yolu 22 ünvanında "RR Trade" MMC-yə məxsus "A-Terminal" satış və kəsim məntəqəsində qurbanlıq heyvanların satışına başlanılıb. Fermerlərlə söhbət zamanı öyrəndik ki, satış məntəqəsinə heyvanlar müxtəlif rayonlardan gətirilib. Fermer Mahmud Əhmədov hazırda diri çəkidə qurbanlıq qoyunların bir kiloqramının 9 manatdan, kəsimdə isə 18-19 manatdan hesablandığını söyləyib. Bildirib ki, qurbanlıq qoyunların qiyməti 250-360 manat arası dəyişir. Onun sözlərinə görə, qurbanlıq kəsilən qoyunun minimum çəkisi 12-13 kq olmalıdır. O, qurbanlıq məqsədilə kəsilən iri heyvanın iki yaşlı olmasının vacibliyini bildirib. Deyib ki, mal ətinin kiloqramı isə 12 manat 50 qəpikdən satılır. Fermer onu da bildirib ki, bayram günlərində də bu gün olduğu kimi qiymətlər dəyişməyəcək. Fermerlər artıq səhər saatları olmasına baxmayaraq 20-dən çox qurbanlıq heyvan satıldığını söyləyiblər. Bildiriblər ki, bayram günlərində satış daha da artacağından sabah da rayondan heyvanlar gətiriləcək. Onlar bayram günlərində tələbatın artacağına artıq hazır olduqlarını söyləyiblər. Fermerlər bildiriblər ki, ötən Qurban bayramı ilə müqayisədə qiymətlərdə ətin hər kiloqramında iki manat bahalaşma var. Fermerlər qiymətlərin bahalaşmasını yemin, otun qiymətinin bahalaşması ilə əsaslandırıblar. Onların sözlərinə görə, yem qiymətlərinin bahalaşması ətin qiymətini də artırır. Ərazidə qurbanlıq heyvanların satışı üçün ayrılmış ərazidə kəsim məntəqəsi də fəaliyyət göstərir. Xəlil Mirzəyev adlı qəssab bildirib ki, kəsim üçün məntəqədə lazımi şərait yaradılıb. O, bayram günlərində kəsimə 30-dan çox işçinin cəlb olunacağını da söyləyib. Bildirib ki, qurbanlıq heyvanların kəsiminə görə müştərilər özləri onlara 5-10 manat civarında ödəniş edir. Qeyd edək ki, Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər. Siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/heyvan-saglamligi/xeberler/qurban-bayrami-gunlerinde-heyvanlarin-satisi-ve-kesimi-xidmetleri-gosterilecek-unvanlar-aciqlanib Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. O da qeyd olunur ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465381566_0:0:1280:960_1920x0_80_0_0_4d83855db3037ce4cd91e7ebddc2389d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qurban bayramı, manat, satış, kəsim, məntəqə, azərbaycan, heyvan, qoyun
qurban bayramı, manat, satış, kəsim, məntəqə, azərbaycan, heyvan, qoyun
Qurbanlıq heyvan almaq neçəyə başa gəlir? Reportaj - Foto - Video
Fermerlər bildirib ki, bayram günlərində də bu gün olduğu kimi qiymətlər dəyişməyəcək.
BAKI, 15 iyun — Sputnik. İyun ayının 16-17-də digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd ediləcək. Artıq indidən qurbanlıq heyvanların satışı üçün yerlər müəyyən olunub və satış prosesinə start verilib. Ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Sputnik Azərbaycan bu bayram qurbanlıq heyvanların qiymətində bahalaşma olub-olmadığını araşdırmaq üçün satış və kəsim üçün Bakıda təşkil olunmuş məntəqələrdən birində olub.
Artıq Qaradağ rayonu, Lökbatan yolu 22 ünvanında "RR Trade" MMC-yə məxsus "A-Terminal" satış və kəsim məntəqəsində qurbanlıq heyvanların satışına başlanılıb. Fermerlərlə söhbət zamanı öyrəndik ki, satış məntəqəsinə heyvanlar müxtəlif rayonlardan gətirilib.
Fermer Mahmud Əhmədov hazırda diri çəkidə qurbanlıq qoyunların bir kiloqramının 9 manatdan, kəsimdə isə 18-19 manatdan hesablandığını söyləyib. Bildirib ki, qurbanlıq qoyunların qiyməti 250-360 manat arası dəyişir.
Onun sözlərinə görə, qurbanlıq kəsilən qoyunun minimum çəkisi 12-13 kq olmalıdır. O, qurbanlıq məqsədilə kəsilən iri heyvanın iki yaşlı olmasının vacibliyini bildirib. Deyib ki, mal ətinin kiloqramı isə 12 manat 50 qəpikdən satılır.
Fermer onu da bildirib ki, bayram günlərində də bu gün olduğu kimi qiymətlər dəyişməyəcək.
"Burada satdığımız heyvanlar öz təsərrüfatımızdandır. Sağ olsunlar ki, bizə burada satışa şərait yaradırlar. Heyvanlar öz təsərrüfatımızdan olduğundan qiymətlər o qədər də baha deyil. Bayram günlərində də qiymətlər dəyişməyəcək, bahalaşma olmayacaq. İstəyirik ki, qiymətlər bayram günlərində də insanların cibinə uyğun olsun, hər kəs qurban kəsə bilsin", - Mahmud Əhmədov bildirib.
Fermerlər artıq səhər saatları olmasına baxmayaraq 20-dən çox qurbanlıq heyvan satıldığını söyləyiblər. Bildiriblər ki, bayram günlərində satış daha da artacağından sabah da rayondan heyvanlar gətiriləcək. Onlar bayram günlərində tələbatın artacağına artıq hazır olduqlarını söyləyiblər.
Fermerlər bildiriblər ki, ötən Qurban bayramı ilə müqayisədə qiymətlərdə ətin hər kiloqramında iki manat bahalaşma var.
"Ötən Qurban bayramında erkək qoç əti diri çəkidə 8, kəsimdə isə 16 manatdan hesablanırdı. Satışda ən ucuz qurbanlıq heyvanın qiyməti 210-220 manat idi. Bu il bu qiymətə qoyun almaq mümkün deyil. Ən ucuz heyvan 250 manatdır. Qurbanlıq erkək danalar isə diri çəkidə qiyməti 6 manat 50 qəpikdən hesablanırdı. Kəsilmiş vəziyyətdə isə qiymət 10-11 manat idi. İndi erkək dana əti 12 manat 50 qəpikdir", - fermerlər bildiriblər.
Fermerlər qiymətlərin bahalaşmasını yemin, otun qiymətinin bahalaşması ilə əsaslandırıblar. Onların sözlərinə görə, yem qiymətlərinin bahalaşması ətin qiymətini də artırır.
Ərazidə qurbanlıq heyvanların satışı üçün ayrılmış ərazidə kəsim məntəqəsi də fəaliyyət göstərir. Xəlil Mirzəyev adlı qəssab bildirib ki, kəsim üçün məntəqədə lazımi şərait yaradılıb. O, bayram günlərində kəsimə 30-dan çox işçinin cəlb olunacağını da söyləyib. Bildirib ki, qurbanlıq heyvanların kəsiminə görə müştərilər özləri onlara 5-10 manat civarında ödəniş edir.
Qeyd edək ki, Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Məlumat üçün bildirək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 16-da məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşaAllah. Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişafı yolunda xeyirxah, səmərəli fəaliyyətlərə uğurlar arzulayırıq", - fətvada deyilir.
O da qeyd olunur ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır.
Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.