https://sputnik.az/20240615/azerbaycanda-ozbasina-tikililer-konsepsiyasi-hazirlanacaq-465306330.html
Azərbaycanda "özbaşına tikililər" konsepsiyası hazırlanacaq
Azərbaycanda "özbaşına tikililər" konsepsiyası hazırlanacaq
Sputnik Azərbaycan
İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar "özbaşına tikililər" adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya... 15.06.2024, Sputnik Azərbaycan
2024-06-15T20:33+0400
2024-06-15T20:33+0400
2024-06-15T20:33+0400
azərbaycan
cəmiyyət
qanunsuz tikili
fərdi tikili
tikililər
konsepsiya
https://cdnn1.img.sputnik.az/img/42325/77/423257711_0:317:2993:2000_1920x0_80_0_0_fc3393fbb72cb1ee406e1baa7bd42e74.jpg
BAKI, 15 iyun — Sputnik. Abşeron rayonunun bütün "sovxozları" artıq yaşayış massivlərinə çevrilib. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar "özbaşına tikililər" adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək: "Burda həm məskunlaşma məsələləri, həmdə şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək". Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib. "Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır", o qeyd edib. "Prezident İlham Əliyevin qeyri-yaşayış təyinatlı binalarla bağlı 14 iyun 2022-ci ildə imzaladığı fərman problemin mərhələli həlli üçün birinci addım idi. Fərmanın özü də uzun müddət hazırlanırdı, müvafiq əsaslandırmalar aparılırdı. Azərbaycanda özbaşına tikilmiş qeyri-yaşayış təyinatlı binaların sayı on minlərlədirsə, yaşayış sahələrinin sayı yüz minlərlədir. Biz məsələni qeyri-yaşayış təyinatlı binaların üzərində təcrübə toplayaraq aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini təmin etmək şərtilə həll etməyə çalışırıq. Bu istiqamətdə məlumatlar toplanılır" - M.Eynullayev əlavə edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42325/77/423257711_0:0:2667:2000_1920x0_80_0_0_57bc9f7d4f317fe5e931d6f279eb2c18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qanunsuz tikili, fərdi tikili, tikililər, konsepsiya
azərbaycan, qanunsuz tikili, fərdi tikili, tikililər, konsepsiya
Azərbaycanda "özbaşına tikililər" konsepsiyası hazırlanacaq
İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar "özbaşına tikililər" adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.
BAKI, 15 iyun — Sputnik. Abşeron rayonunun bütün "sovxozları" artıq yaşayış massivlərinə çevrilib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar "özbaşına tikililər" adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək:
"Burda həm məskunlaşma məsələləri, həmdə şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir. Biz müasir dövlətik, ona görə də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək".
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır", o qeyd edib.
"Prezident İlham Əliyevin qeyri-yaşayış təyinatlı binalarla bağlı 14 iyun 2022-ci ildə imzaladığı fərman problemin mərhələli həlli üçün birinci addım idi. Fərmanın özü də uzun müddət hazırlanırdı, müvafiq əsaslandırmalar aparılırdı. Azərbaycanda özbaşına tikilmiş qeyri-yaşayış təyinatlı binaların sayı on minlərlədirsə, yaşayış sahələrinin sayı yüz minlərlədir. Biz məsələni qeyri-yaşayış təyinatlı binaların üzərində təcrübə toplayaraq aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini təmin etmək şərtilə həll etməyə çalışırıq. Bu istiqamətdə məlumatlar toplanılır" - M.Eynullayev əlavə edib.