Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Çin hərbi təhsil sahəsində birgə tədbirlər planlaşdırır

© AFP 2024 / STRВоеннослужащий Народно-освободительной армии Китая
Военнослужащий Народно-освободительной армии Китая - Sputnik Azərbaycan, 1920, 15.06.2024
Abunə olmaq
Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirilib.
BAKI, 15 iyun - Sputnik. Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələri hərbi təhsil sahəsində birgə tədbirlərin planlaşdırılması istiqamətində görüləcək işlərə dair ətraflı fikir mübadiləsi aparıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Səfər çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Çinin hərbi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Ordusu və Çin Xalq Azadlıq Ordusunun nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Xəbər lenti
0