Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Türkiyə-Azərbaycan Universitetinin rektoru kim olacaq? Nazirdən açıqlama

© Sputnik / Павел БедняковMəmur çantası, arxiv
Məmur çantası, arxiv - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, bu universitetin binası Bakının mərkəzində olacaq.
BAKI, 14 iyun — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə 20-dən artıq məktəbin tikintisi davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bu ilin sentyabrında Şuşada, Xankəndidə, Xocalıda, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır:

"Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur".

Nazir Türkiyə-Azərbaycan Universiteti ilə bağlı da jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, universitetin binası Bakının mərkəzində olacaq. Emin Əmrullayevin sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq:
"Universitetin tədris binası şəhərin mərkəzində olan binalardan biri olacaq".
O qeyd edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.

"Çalışırıq ki, savadlı, istedadlı, bacarıqlı tələbələrimiz Qarabağ Universitetinə cəlb edilsin. Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər nəzərdə tutulur. Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb ediləcək", - nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında aparılan danışıqlar nəticəsində Bakıda universitetin yaradılması ilə bağlı razılıq əldə olunub.
Məlumat üçün onu da bildirək ki, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilində Türkiyənin Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe universitetlərinə tələbə qəbuluna başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0