https://sputnik.az/20240614/siyavus-novruzov-qohum-nikahi-qadagasi-gurcustan-azerbaycanlilarina-aid-olmamalidir-465395076.html
Siyavuş Novruzov: Qohum nikahı qadağası Gürcüstan azərbaycanlılarına aid olmamalıdır
Siyavuş Novruzov: Qohum nikahı qadağası Gürcüstan azərbaycanlılarına aid olmamalıdır
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem... 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T15:59+0400
2024-06-14T15:59+0400
2024-06-14T16:04+0400
siyavuş novruzov
cəmiyyət
gürcüstan
ailə
qohum
nikah
qadağa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 14 iyun— Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib. Milli Məclisin plenar iclasında çıxış edən Siyavuş Novruzov qeyd edib ki, digər ölkə vətəndaşlarına tətbiq edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil:Qeyd edək ki, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir: Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur. Deputat: "Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər" Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında deyib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər. Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikləri ilə bağlı dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır:Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov həmkarı Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavabında beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmadığını bildirib:Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, gürcüstan, ailə, qohum, nikah, qadağa, azərbaycan
siyavuş novruzov, gürcüstan, ailə, qohum, nikah, qadağa, azərbaycan
Siyavuş Novruzov: Qohum nikahı qadağası Gürcüstan azərbaycanlılarına aid olmamalıdır
15:59 14.06.2024 (Yenilənib: 16:04 14.06.2024) Deputatın sözlərinə görə, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın.
BAKI, 14 iyun— Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qohum evliliyinə qadağa məsələsində Gürcüstan azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.
Milli Məclisin plenar iclasında çıxış edən Siyavuş Novruzov qeyd edib ki, digər ölkə vətəndaşlarına tətbiq edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil:
“Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsi, bibinəvəsi, uzaq qohumdur, gəlir, evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, azərbaycanlıdırlar. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün elə bir variant tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”.
Qeyd edək ki, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, Məcəlləyə aşağıdakı hallar əlavə edilir:
qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) dəyişiklik edilməsi nəzərdə tutulur.
Deputat: "Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər"
Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında deyib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.
Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikləri ilə bağlı dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır:
"Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq".
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov həmkarı Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavabında beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmadığını bildirib:
"Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, eləcə də İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın".
Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
övladlığa götürənlər və övladlığa götürülənlər;
ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.