https://sputnik.az/20240614/sahdeniz-qazinin-ixraci-artib-465385108.html
"Şahdəniz" qazının ixracı artıb
"Şahdəniz" qazının ixracı artıb
Sputnik Azərbaycan
Hesabat dövründə bu kəmərlə 9471.6 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım). 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T13:29+0400
2024-06-14T13:29+0400
2024-06-14T13:47+0400
"şahdəniz-2"
neft-qaz
yataq
qaz
kondensat
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2052_1920x0_80_0_0_e9065e7e6ceea08a476025f75cd7c286.jpg
BAKI, 14 iyun — Sputnik. Cari ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 359 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 3% azalma müşahidə olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 54.6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir. Belə ki, hesabat dövründə bu kəmərlə 9471.6 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım). Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41097/07/410970727_0:0:3648:2736_1920x0_80_0_0_4e7bd01e677612fa11c1236015c5388f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"şahdəniz-2", yataq, qaz, kondensat
"şahdəniz-2", yataq, qaz, kondensat
"Şahdəniz" qazının ixracı artıb
13:29 14.06.2024 (Yenilənib: 13:47 14.06.2024) Hesabat dövründə bu kəmərlə 9471.6 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).
BAKI, 14 iyun — Sputnik. Cari ilin yanvar-may aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 17 359 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 3% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 54.6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 9471.6 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub.
Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.