https://sputnik.az/20240614/qirgizistanda-banklar-rusiyadan-pul-kocurme-sistemlerinin-fealiyyetini-berpa-edibler-465385496.html
Qırğızıstanda banklar Rusiyadan pul köçürmə sistemlərinin fəaliyyətini bərpa ediblər
Qırğızıstanda banklar Rusiyadan pul köçürmə sistemlərinin fəaliyyətini bərpa ediblər
Sputnik Azərbaycan
İyunun 13-də 8 Qırğızıstan bankı Rusiyanın pul köçürmə sistemləri ilə əməliyyatları və rublun digər valyutalara konvertasiyasını müvəqqəti dayandırdığını elan... 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T23:46+0400
2024-06-14T23:46+0400
2024-06-14T23:46+0400
qırğızıstan
dünya xəbərləri
pul
köçürmə
rubl
bank
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 14 iyun — Sputnik. Qırğızıstanın kommersiya bankları Rusiya pul köçürmə sistemləri və Rusiya rublu ilə işi bərpa ediblər. Bu barədə bankların rəsmi saytlarında məlumat verilir. "Müvafiq olaraq "Astrasend", "Unistream", "Contact", "Zolotaya Korona" ilə pul köçürmələri, göndərmə və qəbul sistemlərinin işi bərpa edilib", – məlumatda deyilir. İyunun 13-də 8 Qırğızıstan bankı Rusiyanın pul köçürmə sistemləri ilə əməliyyatları və rublun digər valyutalara konvertasiyasını müvəqqəti dayandırdığını elan edib. Həmin gün Qırğızıstan Respublika Milli Bankı açıqlayıb ki, Qırğızıstan Respublikasının əsas ticarət tərəfdaşları olan ölkələrin maliyyə bazarlarında baş verən dəyişikliklər daxili valyuta bazarına məhdud təsir göstərəcək. Eyni zamanda, əsas maliyyə tənzimləyicisi əmin edib ki, onların valyuta bazarını tənzimləmək üçün böyük mexanizmlər ehtiyatı var. Ötən ilin noyabrında ABŞ-ın sanksiyaları təhlükəsi ilə əlaqədar Qırğızıstan bankları ölkədə Rusiyanın "Mir" ödəniş kartlarının xidmətini dayandırıb. Ümumilikdə respublikada 22 kommersiya bankı fəaliyyət göstərir, onlardan bəziləri əvvəllər "Mir" kartları ilə işləməyib. Qərb ölkələrinin Moskva birjasına qarşı tətbiq etdiyi sanksiyalara görə iyunun 13-də Qırğızıstanda rublun məzənnəsi xeyli, orta hesabla təxminən 35% ucuzlaşıb. Lakin axşama yaxın Rusiya valyutasının məzənnəsi ilə bağlı vəziyyət demək olar ki, əvvəlki qiymətlərinə qayıdıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, pul, köçürmə, rubl, bank
qırğızıstan, pul, köçürmə, rubl, bank
Qırğızıstanda banklar Rusiyadan pul köçürmə sistemlərinin fəaliyyətini bərpa ediblər
İyunun 13-də 8 Qırğızıstan bankı Rusiyanın pul köçürmə sistemləri ilə əməliyyatları və rublun digər valyutalara konvertasiyasını müvəqqəti dayandırdığını elan edib.
BAKI, 14 iyun — Sputnik. Qırğızıstanın kommersiya bankları Rusiya pul köçürmə sistemləri və Rusiya rublu ilə işi bərpa ediblər. Bu barədə bankların rəsmi saytlarında məlumat verilir.
"Müvafiq olaraq "Astrasend", "Unistream", "Contact", "Zolotaya Korona" ilə pul köçürmələri, göndərmə və qəbul sistemlərinin işi bərpa edilib", – məlumatda deyilir.
""Kompanion" Bank həmçinin rubl və Unistream sistemi ilə əməliyyatların bərpa olunduğunu elan edib. "Kompanion" tətbiqində rublla gedən və daxil olan köçürmələr mövcuddur", - bildirilib
İyunun 13-də 8 Qırğızıstan bankı Rusiyanın pul köçürmə sistemləri ilə əməliyyatları və rublun digər valyutalara konvertasiyasını müvəqqəti dayandırdığını elan edib. Həmin gün Qırğızıstan Respublika Milli Bankı açıqlayıb ki, Qırğızıstan Respublikasının əsas ticarət tərəfdaşları olan ölkələrin maliyyə bazarlarında baş verən dəyişikliklər daxili valyuta bazarına məhdud təsir göstərəcək. Eyni zamanda, əsas maliyyə tənzimləyicisi əmin edib ki, onların valyuta bazarını tənzimləmək üçün böyük mexanizmlər ehtiyatı var.
Ötən ilin noyabrında ABŞ-ın sanksiyaları təhlükəsi ilə əlaqədar Qırğızıstan bankları ölkədə Rusiyanın "Mir" ödəniş kartlarının xidmətini dayandırıb. Ümumilikdə respublikada 22 kommersiya bankı fəaliyyət göstərir, onlardan bəziləri əvvəllər "Mir" kartları ilə işləməyib.
Qərb ölkələrinin Moskva birjasına qarşı tətbiq etdiyi sanksiyalara görə iyunun 13-də Qırğızıstanda rublun məzənnəsi xeyli, orta hesabla təxminən 35% ucuzlaşıb. Lakin axşama yaxın Rusiya valyutasının məzənnəsi ilə bağlı vəziyyət demək olar ki, əvvəlki qiymətlərinə qayıdıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.