https://sputnik.az/20240614/nazirden-sertifikasiyadan-kesilen-muellimlerle-bagli-aciqlama-465389581.html
Nazirdən sertifikasiyadan kəsilən müəllimlərlə bağlı açıqlama
Nazirdən sertifikasiyadan kəsilən müəllimlərlə bağlı açıqlama
Sputnik Azərbaycan
Əmrullayev bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T17:24+0400
2024-06-14T17:24+0400
2024-06-14T17:24+0400
emin əmrullayev
təhsil
nazir
müəllim
əməkhaqqı
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_0:0:2000:1125_1920x0_80_0_0_4473c347c35c04063a8db121ad8b0883.jpg
BAKI, 14 iyun — Sputnik. Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib. Nazir bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur: Nazir xatırladıb ki, 2022, 2023, 2024-cü illərdə bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib. Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib. Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_200:0:1973:1330_1920x0_80_0_0_05ed5e4f636dc954d8068317925995f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, nazir, müəllim, əməkhaqqı, sertifikasiya
emin əmrullayev, nazir, müəllim, əməkhaqqı, sertifikasiya
Nazirdən sertifikasiyadan kəsilən müəllimlərlə bağlı açıqlama
Əmrullayev bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur.
BAKI, 14 iyun — Sputnik. Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:
"Sadəcə sonuncu təkrar imtahanın nəticələri açıqlandı və bu rəqəmlər cəmiyyətdə çaşqınlıq yaratdı. Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır, hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismdir".
Nazir xatırladıb ki, 2022, 2023, 2024-cü illərdə bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.
Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib.
Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.