https://sputnik.az/20240614/deputat-yollardaki-deyisiklikler-elektron-xeritelere-naviqatorlara-gec-elave-olunur-465385242.html
Deputat: Yollardakı dəyişikliklər elektron xəritələrə, naviqatorlara gec əlavə olunur
Deputat: Yollardakı dəyişikliklər elektron xəritələrə, naviqatorlara gec əlavə olunur
Sputnik Azərbaycan
Naqif Həmzəyev qeyd edib ki, digər tərəfdən, parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu, təqdirəlayiq addımdır. Bununla yanaşı... 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T11:49+0400
2024-06-14T11:49+0400
2024-06-14T12:26+0400
cəmiyyət
sosial naviqator
proqram
küçə
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465387164_0:286:3071:2013_1920x0_80_0_0_5c0c4c122d10601d86a496ac050599f4.jpg
BAKI, 14 iyun— Sputnik. "Yollardakı dəyişikliklər elektron xəritələrə, naviqatorlara gec əlavə olunur. Bu da turistlərin və sürücülərin yol hərəkət qaydalarını pozmalarına, qadağan olunmuş yollarda hərəkət etmələrinə səbəb olur". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, xüsusi ilə də paytaxtdan kənar rayon və şəhərlərdə bu hallara daha çox rast gəlinir. Aidiyyəti qurumların bu məsələyə diqqəti artırmalarını xahiş edirəm. O qeyd edib ki, digər tərəfdən, parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb:N.Həmzəyev əlavə edib ki, Gəncə şəhərində Daşkəsən istiqamətində hərəkət etmək üçün daha çox Təbriz küçəsi və 28 May prospektindən istifadə olunur: “Həmin yollarda su-kanalizasiya işləri uzun müddətdir aparıldığından bu yollarda hərəkət çox çətindir. Yalnız dördçəkər avtomobillər normal hərəkət edə bilir. Həmçinin şəhərin mərkəzində yerləşən Atatürk prospektində də oxşar vəziyyətdir. Yay aylarında gəncəlilər Xoşbulaq yaylağına mütəmadi səfərlər etdikləri üçün çox əziyyət çəkirlər. Xahiş edirəm ki, aidiyyəti qurumlara vəsait ayrılsın ki, bu yollar əsaslı qurulana qədər, mövcud çuxurlar yamansın, hərəkət normallaşsın”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465387164_340:0:3071:2048_1920x0_80_0_0_78aee2662ca417b6066b2783ec637fc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sosial naviqator, proqram, küçə, dəyişiklik
sosial naviqator, proqram, küçə, dəyişiklik
Deputat: Yollardakı dəyişikliklər elektron xəritələrə, naviqatorlara gec əlavə olunur
11:49 14.06.2024 (Yenilənib: 12:26 14.06.2024) Naqif Həmzəyev qeyd edib ki, digər tərəfdən, parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu, təqdirəlayiq addımdır. Bununla yanaşı, parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsusi yerlərin ayrılmasını təklif edirəm.
BAKI, 14 iyun— Sputnik. "Yollardakı dəyişikliklər elektron xəritələrə, naviqatorlara gec əlavə olunur. Bu da turistlərin və sürücülərin yol hərəkət qaydalarını pozmalarına, qadağan olunmuş yollarda hərəkət etmələrinə səbəb olur". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, xüsusi ilə də paytaxtdan kənar rayon və şəhərlərdə bu hallara daha çox rast gəlinir. Aidiyyəti qurumların bu məsələyə diqqəti artırmalarını xahiş edirəm.
O qeyd edib ki, digər tərəfdən, parklanma yerlərində fiziki qüsurlu şəxslər üçün xüsusi yerlər ayrılıb:
"Bu, təqdirəlayiq addımdır. Bununla yanaşı, parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsusi yerlərin ayrılmasını təklif edirəm. Belə olacağı təqdirdə elektrikli avtomobillərə keçidin sürətlənməsinə az da olsa, təkan verəcəyimizi düşünürəm".
N.Həmzəyev əlavə edib ki, Gəncə şəhərində Daşkəsən istiqamətində hərəkət etmək üçün daha çox Təbriz küçəsi və 28 May prospektindən istifadə olunur:
“Həmin yollarda su-kanalizasiya işləri uzun müddətdir aparıldığından bu yollarda hərəkət çox çətindir. Yalnız dördçəkər avtomobillər normal hərəkət edə bilir. Həmçinin şəhərin mərkəzində yerləşən Atatürk prospektində də oxşar vəziyyətdir. Yay aylarında gəncəlilər Xoşbulaq yaylağına mütəmadi səfərlər etdikləri üçün çox əziyyət çəkirlər. Xahiş edirəm ki, aidiyyəti qurumlara vəsait ayrılsın ki, bu yollar əsaslı qurulana qədər, mövcud çuxurlar yamansın, hərəkət normallaşsın”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.