https://sputnik.az/20240614/deputat-baglanan-is-yerleri-az-qala-acilan-is-yerlerini-ustelemeye-baslayib-465389392.html
Deputat: "Bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb”
Deputat: "Bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb”
Sputnik Azərbaycan
Razi Nurullayev qeyd edib ki, sosial yardımla bağlı müraciətlər çoxalıb. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T13:00+0400
2024-06-14T13:00+0400
2024-06-14T13:02+0400
iş
cəmiyyət
yer
ünvanlı sosial yardım
deputat
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_0:201:2927:1847_1920x0_80_0_0_7915aaa044cd4decbc7b07536a7bbb7e.jpg
BAKI, 14 iyun— Sputnik. “Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur”. Bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, sosial yardımla bağlı müraciətlər də çoxalıb:R.Nurullayev bir neçə konkret narahatlıqlarının olduğunu deyib:“İş yerlərinin açılması ilə bağlı duzlu-istiotlu hesabatlar açıqlanır, bəs bağlanan iş yerləri? Bağlanan şirkətlər, küsüb kənara çəkilən adamlar xeylidir və aldığım məlumatlara söykənib demək istəyirəm ki, bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb. Bunun cavabı varmı? Büdcə vəsaitlərinin xərclənmə effektivliyinin yoxlanılması ilə bağlı digər mexanizmlər üzərində işlənilməlidir. Çünki indiki monitorinq mexanizmləri aysberqin görünən hissəsinə işıq salır. Digər tərəfləri qaranlıq qalır və heç zaman günəş görmür. Büdcə xərclərinin səmərəlilik faizi zəifdir. Nəzarət və monitorinq mexanizmləri əsaslı şəkildə təkmilləşdirilməlidir”. Razi Nurullayev əlavə olaraq rəsmi qurumlara göndərdiyi müraciətlərə cavabların verilmədiyini bildirib. Spiker Sahibə Qafarova isə Milli Məclis Aparatına Razi Nurullayevin göndərdiyi məktubların araşdırılması və müraciətlərə cavab verməyən qurumlarla bağlı iş aparılması ilə bağlı tapşırıq verib. Parlamentin iclasında olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Razi Nurullayevin çıxışına cavab verib. “Razi Nurullayev 2023-cü ildə nazirliyə 86 məktub göndərib. 2024-cü ildə isə 31 məktub ünvanlayıb. Bütün məktubları da aidiyyəti üzrə cavablandırılıb", - nazir bildirib. S.Babayev əlavə edib ki, rəhbəri olduğu quruma gələn məktubların hər biri cavablandırılır, sadəcə icra müddəti bir neçə gün çəkə bilir:"Xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatlar səsləndirilməsin".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_97:0:2828:2048_1920x0_80_0_0_c5bd39a98e66e5018f14cdccbbd97ddc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iş, yer, ünvanlı sosial yardım, deputat
iş, yer, ünvanlı sosial yardım, deputat
Deputat: "Bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb”
13:00 14.06.2024 (Yenilənib: 13:02 14.06.2024) Razi Nurullayev qeyd edib ki, sosial yardımla bağlı müraciətlər çoxalıb.
BAKI, 14 iyun— Sputnik. “Büdcəmiz ildən-ilə artır, hesabatlar günü-gündən gözəlləşir, rəng çalarları daha cəzbedici olur, amma real həyatımızda gördüyüm sosial dəyişiklik zəifdir. Əgər işsizliklə bağlı ayda yüz nəfər müraciət edirdisə, indi o rəqəm daha da çoxdur”.
Bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, sosial yardımla bağlı müraciətlər də çoxalıb:
“Sosial xidmətlərlə bağlı işi isə qeyri-qənaətbəxş hesab edirəm. Sosial sahədə çalışan gərək mərhəmətli olsun, kövrək olsun, qəlbi vətəndaşın qəlbi ilə döyünüb onun qəlbi kimi yansın. Vallah, bunu görmürəm. Əgər hər şey gözəldirsə, hər şey yaxşıdırsa, niyə şikayətlər azalmır, daha da çoxalır? Belə çıxır ki, büdcə vəsaitlərini xərcləyən bir sıra icra qurumları vəzifəsinin öhdəsindən gəlmir, vəsaiti yəqin ki, başqa məqsədlərə yönəldir, narazılıqların azaldılması üçün konkret addımlar atmır, vəzifə borcunu minnətlə yerinə yetirir, vətəndaşların haqlı müraciətlərinə laqeyd yanaşır və konkret olaraq nələrsə umur. Bunlar yolverilməzdir və bir sıra icra strukturları konkret olaraq narazılıqlar "istehsal edib" cəmiyyətimizə idxal edir. Bunun isə əzabını biz hamımız çəkirik”.
R.Nurullayev bir neçə konkret narahatlıqlarının olduğunu deyib:
“İş yerlərinin açılması ilə bağlı duzlu-istiotlu hesabatlar açıqlanır, bəs bağlanan iş yerləri? Bağlanan şirkətlər, küsüb kənara çəkilən adamlar xeylidir və aldığım məlumatlara söykənib demək istəyirəm ki, bağlanan iş yerləri az qala açılan iş yerlərini üstələməyə başlayıb. Bunun cavabı varmı? Büdcə vəsaitlərinin xərclənmə effektivliyinin yoxlanılması ilə bağlı digər mexanizmlər üzərində işlənilməlidir. Çünki indiki monitorinq mexanizmləri aysberqin görünən hissəsinə işıq salır. Digər tərəfləri qaranlıq qalır və heç zaman günəş görmür. Büdcə xərclərinin səmərəlilik faizi zəifdir. Nəzarət və monitorinq mexanizmləri əsaslı şəkildə təkmilləşdirilməlidir”.
Razi Nurullayev əlavə olaraq rəsmi qurumlara göndərdiyi müraciətlərə cavabların verilmədiyini bildirib.
Spiker Sahibə Qafarova isə Milli Məclis Aparatına Razi Nurullayevin göndərdiyi məktubların araşdırılması və müraciətlərə cavab verməyən qurumlarla bağlı iş aparılması ilə bağlı tapşırıq verib.
Parlamentin iclasında olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Razi Nurullayevin çıxışına cavab verib.
“Razi Nurullayev 2023-cü ildə nazirliyə 86 məktub göndərib. 2024-cü ildə isə 31 məktub ünvanlayıb. Bütün məktubları da aidiyyəti üzrə cavablandırılıb", - nazir bildirib.
S.Babayev əlavə edib ki, rəhbəri olduğu quruma gələn məktubların hər biri cavablandırılır, sadəcə icra müddəti bir neçə gün çəkə bilir:
"Xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatlar səsləndirilməsin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.