Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu ilin dövlət büdcəsinə yenidən baxılmasına niyə ehtiyac yaranıb?

© Sputnik / Murad OrujovKalkulyator, arxiv
Kalkulyator, arxiv - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
Yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2,1 milyard manat artırılaraq 36,3 milyard manata, xərclərinin 2,9 milyard manat artırılaraq 39,7 milyard manata, kəsirin 764.3 milyon manat artırılaraq 3,3 milyard manata çatdırılması təklif olunur.
BAKI, 14 iyun— Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib.
© Sputnik / Murad OrujovTahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Tahir Mirkişili
Qeyd edilib ki, qanun layihəsinə dair izahatda 2024-cü ilin 4 ayı ərzində dünya neft və qaz bazarlarında mövcud olan münbit qiymət konyunkturası, cari il üzrə müşahidə olunan tendensiyalar, vergi-gömrük daxilolmalarının artması, habelə icmal və dövlət büdcələrində xərclərin artması nəzərə alınmaqla 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin əlavə gəlirlər, mövcud ehtiyatlar hesabına maliyyələşdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb.
T.Mirkişili diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34,1 milyard manat, xəclərinin 36,7 milyard manat, dövlət büdcəsi kəsirinin isə 2,5 milyard manat olacağı planlaşdırılmışdı. Eyni zamanda, 2024-cü ildə ÜDM-in real artım tempinin 2.4%, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4.6%, inflyasiyanın orta illik səviyyəsinin 5.3% olacağı proqnozlaşdırılmış, dövlət büdcəsində hesablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilmişdi.
O bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 milyard manat olub, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2.4%-ə qarşı 3,8% təşkil edib. Artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin edilib, bu sektorun artımı proqnozlaşdırılan illik 4.6%-lik artıma qarşı 7,7%, neft-qaz sektorunda isə proqnozlaşdırılan illik 1.7%-lik azalmaya qarşı 0,1 faizlik azalma qeydə alınıb. İxrac idxalı 2.5 milyard dollar üstələyib. “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 87,3 ABŞ dollarına bərabər olub ki, bu da 2024-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 ABŞ dolları çoxdur.
Qeyd olunub ki, cari ilin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz və icra göstəriciləri arasında fərqlər müşahidə olunub, bir çox gəlir mənbələri üzrə proqnozlar artıqlaması ilə icra edilib. Belə ki, bu ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 milyard manat və ya 9.2% çox təşkil edib. Bu artım dövlət büdcəsi gəlilərinin proqnozuna yenidən baxılmasına zərurət yaradıb. 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121.3 milyard manatadək artırılması, iqtisadi artım tempinin isə ilkin təqdim edilmiş 2.4%-dən 3,8%-ə yüksəldilməsi əks olunub. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft-qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 3,0 milyard manat artımın 0,6 milyard manatının qeyri-neft-qaz, 2,4 milyard manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2024-cü il üçün 4.6%-dən 5.5%-ə qədər artırılıb. Neft-qaz sektorunda real artım proqnozu isə -1.7%- dən +0.8%-ə dəyişdirilib. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 15 dollar artırılaraq 75 dollar səviyyəsinə uyğun həyata keçirilib.
Komitə sədri qeyd edib ki, bu ilin keçən dövrü ərzində işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3,7 milyard manat məbdəğində maliyyə tələbatı yaradıb. Bunu nəzərə alaraq, yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2,1 milyard manat artırılaraq 36,3 milyard manata, xərclərinin 2,9 milyard manat artırılaraq 39,7 milyard manata, kəsirin 764.3 milyon manat artırılaraq 3,3 milyard manata çatdırılması təklif olunur.
Xatırladaq ki, bundan öncə maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşması, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həmin vəzifələr sırasındadır. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi, silahlı qüvvələrin hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, dövlət sərhədlərinin möhkəmləndirilməsi və digər mühüm əhəmiyyətli tədbirlər qarşıda duran prioritet vəzifələrdəndir.
© Sputnik / Murad OrujovSamir Şərifov
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Samir Şərifov
Bildirilib ki, 2024-cü ilin 4 ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.
Samir Şərifov qeyd edib ki, dünya neft və qaz bazarlarında qiymət konyunkturası cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Yenilənmiş proqnozun baza ssenarisi ilə 121,3 milyard manat həcmində və yaxud ilkin nəzərdə tutulmuş proqnozdan 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM üzrə 84,7 milyard manat həcmində və ya 600 milyon manat çox olması proqnozlaşdırılır.
Diqqətə çatdırılıb ki, yenilənmiş makroiqtisadi proqnoz, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və büdcə qaydası üzrə dövlət büdcəsində əlavə fiskal məkanın mövcudluğu 2024-cü il üzrə dövlət və icmal büdcələrinin gəlir və xərclərinə yenidən baxılması üçün zəmin yaradır. Buna əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, 2024-cü ilin dövlət büdcəsi haqında qanuna düzəlişlər edilməsi barədə layihə hazırlanıb və Milli Məclisə təqdim olunub. Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 48,9% və ya 17 milyard 769 milyon manatı neft-qaz sektorunun, 51,1% və ya 18 milyard 584 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin məbləği dəyişməz qalır.
Maliyyə naziri nəzərə çatdırıb ki, yenidən baxılma ilə dövlət büdcəsi xərclərinin artımı hesabına bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşməsi üçün əlavə maliyyə təminatı yaradılır. Belə ki, bu tədbirlər sırasında, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, dövlətin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, ölkənin digər regionlarında avtomobil yolu, elektrik enerjisi, su təchizatı və digər sahələr üzrə infrastruktur layihələrin maliyyələşdirilməsi üçün 977 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0