https://sputnik.az/20240614/bu-gun-4-minden-cox-sagird-ucun-son-zeng-calindi-video-465396282.html
Bu gün 4 mindən çox şagird üçün "Son zəng" çalındı - Video
Bu gün 4 mindən çox şagird üçün "Son zəng" çalındı - Video
Sputnik Azərbaycan
Nazir şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində iştirak edib. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T15:27+0400
2024-06-14T15:27+0400
2024-06-14T18:23+0400
son zəng
təhsil
azərbaycan
məktəb
təhsil müəssisəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465408792_0:438:720:843_1920x0_80_0_0_eb7ce267c97b3b1bf8b704f2a03bee23.jpg
BAKI, 14 iyun — Sputnik. "Bu gün Azərbaycanın dörd mindən artıq məktəbində "Son zəng" keçirilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində çıxış edərkən deyib. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə də təhsil sahəsində işlər gedir: Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və şagirdlər iştirak ediblər. Mərasimdə çıxış edən müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüb, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər. Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird isə birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb. Xatırladaq ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0e/465408792_0:370:720:910_1920x0_80_0_0_1ffc32fa232b98e7442420ef797d1d65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
son zəng, azərbaycan, məktəb, təhsil müəssisəsi
son zəng, azərbaycan, məktəb, təhsil müəssisəsi
Bu gün 4 mindən çox şagird üçün "Son zəng" çalındı - Video
15:27 14.06.2024 (Yenilənib: 18:23 14.06.2024) Nazir şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində iştirak edib.
BAKI, 14 iyun — Sputnik. "Bu gün Azərbaycanın dörd mindən artıq məktəbində "Son zəng" keçirilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə "Son zəng" tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə də təhsil sahəsində işlər gedir:
"Bu gün Füzulidə, Zəngilanda, Talış kəndində, Laçının iki məktəbində "Son zəng" keçirilir".
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və şagirdlər iştirak ediblər. Mərasimdə çıxış edən müəllimlər və valideynlər məktəblə bağlı xatirələrini bölüşüb, sonuncu zəngi çalınan məzunlar isə hazırladıqları rəqsləri və mahnıları ifa ediblər.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird isə birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.
Xatırladaq ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.