https://sputnik.az/20240614/bas-prokurorluq-naxcivanda-herbcimizin-olumu-ile-bagli-melumat-yayib-465394227.html
Baş Prokurorluq Naxçıvanda hərbçimizin ölümü ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Naxçıvanda hərbçimizin ölümü ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib. 14.06.2024, Sputnik Azərbaycan
2024-06-14T14:28+0400
2024-06-14T14:28+0400
2024-06-14T14:55+0400
hərbi
əsgər
ölüm
naxçıvan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1e/463602897_0:168:1600:1068_1920x0_80_0_0_f69d8ce320b6841740b453a0952fc22b.jpg
BAKI, 14 iyun — Sputnik. Naxçıvanda hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. O da qeyd olunur ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/1e/463602897_0:0:1600:1200_1920x0_80_0_0_89095891d164c65b86aceaba91c434d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsgər, ölüm, naxçıvan, azərbaycan
əsgər, ölüm, naxçıvan, azərbaycan
Baş Prokurorluq Naxçıvanda hərbçimizin ölümü ilə bağlı məlumat yayıb
14:28 14.06.2024 (Yenilənib: 14:55 14.06.2024) Cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib.
BAKI, 14 iyun — Sputnik. Naxçıvanda hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
"Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir", - məlumatda bildirilir.
O da qeyd olunur ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.