Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Çin hərbi əməkdaşlığı müzakirə edildi

© AR Ministry of DefenceAzərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
BAKI, 14 iyun — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
General-polkovnik Z.Həsənov uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azad edilməsinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.
Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qin hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.
Çinin Azərbaycanla birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0