CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan əhalisinin, boşanmaların və yeni doğulanların sayı açıqlandı

© Sputnik / Murad OrujovBakıda küçədə insanlar
Bakıda küçədə insanlar - Sputnik Azərbaycan, 1920, 14.06.2024
Abunə olmaq
2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3130,6 manat olub.
BAKI, 14 iyun — Sputnik. İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 33575 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.
2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3130,6 manat olub.
Qeyd edək k, hesabat dövründə əhalinin sərəncamında qalan gəlirləri 27 milyard 940,9 milyon manat təşkil edib.
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13859 nikah və 6933 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0