CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 13 iyun – FOTO

© Sputnik13 iyun
13 iyun - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 13 iyun — Sputnik. İyunun 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 13-də kimlər anadan olub?
Malkolm Makdauell (1943) - Böyük Britaniya teat və kino aktyorudur. O, yaratdığı parlaq, bəzən qəddar və kəskin mənfi obrazlar sayəsində geniş şöhrət qazanıb. Aktyorun ən məşhur rolları "Qurulan portağal", "Keçid", "Kaliqula" və "Çar qatili" kimi filmlərdə canlandırılıb.
© AP Photo / NAM Y HUHMalkolm Makdauell
Malkolm Makdauell  - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Malkolm Makdauell
Tim Allen (1953) - ABŞ aktyorudur. O, "Böyük təmir" sitkomunda, "Şaxta baba", "Şaxta baba 2", "Şaxta baba 3" və "Qalaktika axtarışı" filmlərindəki rolları ilə məşhurlaşıb.
Kris Evans (1981) - amerikalı aktyordur. O, Marvel kinematoqrafiya kainatında Kapitan Amerika roluna görə dünya şöhrəti qazanıb.
© AP Photo / Invision/Jordan StraussKris Evans
Крис Эванс - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Kris Evans
Meri-Keyt və Eşli Olsen (1986) amerikalı aktrisalar və əkiz bacılardır. Onlar "Parisə Pasport", "İkili: Mən və mənim kölgəm" kimi filmlərdəki uşaq rolları və "Tam ev" serialındakı Mişel Tannerin ilk ümumi rolu ilə tanınırlar.
© AP Photo / Seth WenigMary-Kate ve Ashley Olsen
Mary-Kate ve Ashley Olsen - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Mary-Kate ve Ashley Olsen
13 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1782-ci ildə cadugərliyə görə məlum olan sonuncu edam hadisəsi İsveçrədə qeydə alınıb - Anna Geldi edam edilib.
1912-ci ildə Moskvada İmperator III Aleksandrın adına İncəsənət Muzeyinin təntənəli şəkildə açılışı baş tutub. Hazırda bu muzey A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyidir.
1961-ci ildə Rusiyanın Kaluqa şəhərində dünyada ilk Kosmonavtika Muzeyinin tikintisinə başlanıb.
Xəbər lenti
0