https://sputnik.az/20240613/rusiya-mn-elektron-raket-buraxilislari-heyata-kecirilib-465355925.html
Rusiya MN: elektron raket buraxılışları həyata keçirilib
Rusiya MN: elektron raket buraxılışları həyata keçirilib
Sputnik Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin ekipajları da təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər. 13.06.2024, Sputnik Azərbaycan
2024-06-13T20:06+0400
2024-06-13T20:06+0400
2024-06-13T21:39+0400
rusiya
hərbi
müdafiə nazirliyi
raket bölmələri
hərbi
belarus
belarus
https://cdnn1.img.sputnik.az/img/07e4/09/18/425019219_0:159:3076:1889_1920x0_80_0_0_dd3565609d7ddbf02a3f5aecfa44b582.jpg
BAKI, 13 iyun — Sputnik. Qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsində elektron raket buraxılışları həyata keçirilib. Bu barədə iyunun 13-də Rusiya Müdafiə Nazirliyi xəbər verib. Nazirlikdən verilən məlumata görə, Leninqrad Hərbi Dairəsinin raket birləşməsinin şəxsi heyəti təyin olunmuş mövqe rayonuna gizli irəliləmək üçün təlim və döyüş tapşırıqlarını yerinə yetirib. "Elektron raket buraxılışları düşmənin şərti hədəflərinə qarşı həyata keçirilib", nazirliyin açıqlamasında bildirilir. Bundan əlavə, Hərbi Dəniz Qüvvələrinin ekipajlarının təlimlərində iştirak edən şəxsi heyət təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər. Xatırladaq ki qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi iyunun 11-də başlayıb. Bu yaxınlarda Leninqrad Hərbi Dairəsinin raketçiləri "İsgəndər" operativ-taktiki raket kompleksinin təyin olunmuş əraziyə gizli irəliləməsini təcrübədən keçiriblər. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyanın qeyri-strateji qüvvələrinin Belarusla birgə təlimlərini şərh edərkən qeyd edib ki, Qərb vəziyyəti getdikcə gərginləşdirir, ona görə də Rusiyanın döyüş hazırlığını qoruyub saxlaması çox vacibdir. O söyləyib ki, təhrik hər gün baş verir və bu səbəbdən də belə təlimlərin olması son dərəcə vacibdir.
belarus
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/18/425019219_174:0:2903:2047_1920x0_80_0_0_fae6a2fb0d10749c52c5390607969580.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, müdafiə nazirliyi, raket bölmələri, hərbi, belarus, belarus
rusiya, müdafiə nazirliyi, raket bölmələri, hərbi, belarus, belarus
Rusiya MN: elektron raket buraxılışları həyata keçirilib
20:06 13.06.2024 (Yenilənib: 21:39 13.06.2024) Hərbi Dəniz Qüvvələrinin ekipajları da təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər.
BAKI, 13 iyun — Sputnik. Qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsində elektron raket buraxılışları həyata keçirilib.
Bu barədə iyunun 13-də Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Nazirlikdən verilən məlumata görə, Leninqrad Hərbi Dairəsinin raket birləşməsinin şəxsi heyəti təyin olunmuş mövqe rayonuna gizli irəliləmək üçün təlim və döyüş tapşırıqlarını yerinə yetirib.
"Elektron raket buraxılışları düşmənin şərti hədəflərinə qarşı həyata keçirilib", nazirliyin açıqlamasında bildirilir.
Bundan əlavə, Hərbi Dəniz Qüvvələrinin ekipajlarının təlimlərində iştirak edən şəxsi heyət təyin olunmuş patrul ərazisində dənizə çıxışı həyata keçiriblər.
Xatırladaq ki qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi iyunun 11-də başlayıb. Bu yaxınlarda Leninqrad Hərbi Dairəsinin raketçiləri "İsgəndər" operativ-taktiki raket kompleksinin təyin olunmuş əraziyə gizli irəliləməsini təcrübədən keçiriblər.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiyanın qeyri-strateji qüvvələrinin Belarusla birgə təlimlərini şərh edərkən qeyd edib ki, Qərb vəziyyəti getdikcə gərginləşdirir, ona görə də Rusiyanın döyüş hazırlığını qoruyub saxlaması çox vacibdir. O söyləyib ki, təhrik hər gün baş verir və bu səbəbdən də belə təlimlərin olması son dərəcə vacibdir.