https://sputnik.az/20240613/lukasenko-ermeni-xalqindan-uzr-istemelidir---pasinyan-465357372.html
Lukaşenko erməni xalqından üzr istəməlidir - Paşinyan
Lukaşenko erməni xalqından üzr istəməlidir - Paşinyan
Sputnik Azərbaycan
Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri... 13.06.2024, Sputnik Azərbaycan
2024-06-13T15:14+0400
2024-06-13T15:14+0400
2024-06-13T15:44+0400
belarus prezidenti aleksandr lukaşenko
aii
dünya xəbərləri
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
nikol paşinyan
üzr
üzr istəmək
erməni
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:88:807:542_1920x0_80_0_0_1d4d1ee733e31e1a024c070a7665254a.jpg
BAKI, 13 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə o, nə də başqa bir erməni rəsmisinin Belarusa səfər etməyəcəyini və Belarus liderinin üzr istəməli olduğunu bildirib. "Mən bəyan edirəm ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətdə mən heç vaxt Belarusa səfər etməyəcəm", - Paşinyan deyib. Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, KTMT ətrafında vəziyyət dəyişə bilər. "KTMT liderlərindən biri 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini dəstəklədiyini, inandığını və arzuladığını bildirdi. Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında məsələləri müzakirə etməliyəmmi?", - Paşinyan bildirib. Ermənistanın baş naziri əlavə edib ki, o, Lukaşenko ilə Aİİ və MDB formatında məsələləri müzakirə etməyə məcbur qalacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/10/464679571_0:13:807:618_1920x0_80_0_0_d97310a82f9c77ec7d97dcf04d01f288.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus prezidenti aleksandr lukaşenko, aii, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nikol paşinyan, üzr, üzr istəmək, erməni
belarus prezidenti aleksandr lukaşenko, aii, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, nikol paşinyan, üzr, üzr istəmək, erməni
Lukaşenko erməni xalqından üzr istəməlidir - Paşinyan
15:14 13.06.2024 (Yenilənib: 15:44 13.06.2024) Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, KTMT ətrafında vəziyyət dəyişə bilər.
BAKI, 13 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə o, nə də başqa bir erməni rəsmisinin Belarusa səfər etməyəcəyini və Belarus liderinin üzr istəməli olduğunu bildirib.
"Mən bəyan edirəm ki, Lukaşenko Belarusun prezidenti olduğu müddətdə mən heç vaxt Belarusa səfər etməyəcəm", - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, nəzəri olaraq, Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti erməni xalqı üçün məqbul olacaq üzrxahlıq sözləri tapsa, KTMT ətrafında vəziyyət dəyişə bilər.
"KTMT liderlərindən biri 44 günlük müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini dəstəklədiyini, inandığını və arzuladığını bildirdi. Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında məsələləri müzakirə etməliyəmmi?", - Paşinyan bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, o, Lukaşenko ilə Aİİ və MDB formatında məsələləri müzakirə etməyə məcbur qalacaq.