DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kuba rusiyalı investorları turizm infrastrukturunun inkişafında iştirak etməyə çağırıb

© AP Photo / Ramon EspinosaKuba
Kuba - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Abunə olmaq
İkitərəfli əməkdaşlığın digər perspektivli layihəsi Havanada Moskvadakı Zaryadye parkına bənzər aktiv istirahət parkının tikintisidir.
BAKI, 13 iyun — Sputnik. Kuba rusiyalı investorları respublikada turizm infrastrukturunun inkişafında iştirak etməyə dəvət edir. Bunu Kubanın turizm nazirinin birinci müavini Maria Del Karmen Orellanas "Səyahət!" Rusiya turizm forumunun plenar iclasında bildirib.
"Biz ümid edirik ki, Kubaya Rusiya sərmayələri artacaq, çünki indi Kubada Rusiya ilə 24-dən çox müştərək müəssisə fəaliyyət göstərir. Rusiya şirkətlərinin iştirakı ilə Kubada hotellərin birgə idarə olunması var" - o deyib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Dmitri Çernışenko bildirib ki, 2024-cü ilin birinci rübündə Kubaya 67 minə yaxın rusiyalı turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Onun sözlərinə görə, hazırda adada ilboyu istirahət zonasının yaradılması məsələsi üzərində iş gedir. İkitərəfli əməkdaşlığın digər perspektivli layihəsi Havanada Moskvadakı Zaryadye parkına bənzər aktiv istirahət parkının tikintisidir.
Xəbər lenti
0