Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir - Ekspert

© Sputnik / Alina Starostina / Mediabanka keçidİrəvana mənzərə
İrəvana mənzərə - Sputnik Azərbaycan, 1920, 13.06.2024
Abunə olmaq
Ermənistanın postkonflikt dövründə ordu quruculuğu və siyasi xətt üzrə Qərbə doğru yönünü dəyişməsi bir çox aspektlərdən regionda təlatümlərə səbəb olur.
BAKI, 13 iyun — Sputnik. Ermənistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan bildirib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlıq məsələləri önəmlidir. Eyni zamanda erməni general Ermənistan ordusunda aparılan islahatlara ABŞ-ın dəstəyinə ümid etdiyini bildirib.
Ermənistanın postkonflikt dövründə ordu quruculuğu və siyasi xətt üzrə Qərbə doğru yönünü dəyişməsi bir çox aspektlərdən regionda təlatümlərə səbəb olur. Rəsmi Bakı Ermənistandakı revanşist əhval-ruhiyyənin yüksəlməsində Qərbdən verilən hərbi-siyasi dəstəyin rolunu yaxşı dərk edir. Xüsusən də Ermənistana silah göndərməkdə həvəsli olan Fransanın bu prosesdə canfəşanlığı regionda yeni eskalasiya risklərini daim yüksək səviyyədə saxlayır.
Xatırladaq ki, ötən ilin noyabrında Fransanın "Ouest-France" portalında "Fransa Ermənistana "Bastion" tipli maşınlar çatdırıb" sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilir ki, "Arquus" şirkəti tərəfindən istehsal olunan "Bastion" tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulurdu. Lakin Kiyev artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib. Bu maşınların Gürcüstanın Poti limanından keçərək dəmir yolu ilə Ermənistana tərəf aparıldığı bildirilir. Onu da qeyd edək ki, ötən ilin oktyabr ayında Fransa və Ermənistan müdafiə nazirləri "Thales" şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş, eləcə də Fransanın "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Həmçinin məqalədə Fransa xarici işlər nazirinin Ermənistana səfəri, səfər zamanı Parisin bu ölkəyə hərbi texnika çatdırılmasına razılıq verməsi, eləcə də Ermənistan müdafiə nazirinin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə sazişin imzalanmasından bəhs edilib.
Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a bildirir ki, əvvəlcə Gürcüstan, daha sonra isə Ermənistan Cənubi Qafqaza bölgədən olmayan güclərin daxil olmasına şərait yaradıblar: "Regiona kənar qüvvələrin gəlməsi problemlərə gətirib çıxardı. Biz bunu Gürcüstanın timsalında görürük. Eyni zamanda Ermənistan belə bir xəyala düşdü və bu da onun üçün yaxşı nəticələnmədi".
© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Ramil Məmmədli
Ekspert deyir ki, Ermənistanın atdığı addımlar regionda hərbi balansın dyişdirilməsinə xidmət edir: "Ermənistan özünə regiondan kənar müttəfiq axtarışındadır. Ermənistan hərbi-siyasi rəhbərliyi hesab edir ki, regiondankənar qüvvəni müttəfiqliyə cəlb etməklə bölgədə bir sıra mühüm layihələrə qarşı addım atmış olacaq. Biz bilirik ki, son illərdə region ölkələrinin dəstəyi ilə "3+3" formatında birlik və əməkdaşlıq formalaşmaqdadır. Bu həm də hərbi əməkdaşlığa gətirib çıxaracaq. Çox təəssüf ki, Ermənistan bu prosesdən yayınır və əsas amillərdən biri də hərbi konteksdə yeni qüvvəni gətirmək niyyətidir".
Ramil Məmmədli deyir ki, bu gün Ermənistan hakimiyyəti müstəqil qərar verə bilmir: "ABŞ və Fransanın məsələlərə yanaşması olmadan hər hansı bir addım atmaq Ermənistan üçün çətindir. Daha bir çətinlik isə qarşıdan gələn dövrdə Ermənistan ərazisində de-fakto ABŞ hərbi birləşməsinin yerləşməsi olacaq. Hesab edirəm ki, bu Ermənistan üçün olduqca gərgin proseslərin başlanmasına rəvac verəcək".
Ekspert Azərbaycan-İran hərbi təlimlərinin başlamasını da regiondaxili ölkələr arasında əməkdaşlığın bir nümunəsi adlandırıb: "Görünən odur ki, regionun gələcəyini, sabitliyini, ölkələrinin suverenliyini düşünən dövlətlər regional əmıkdaşlığın önəmini dərk edərək qərarlar qəbul edir. Regional əməkdaşlığın iqtisadi səmərəliliyini biz uzun illər ərzində region ölkələrinin iştirakı ilə keçirilən meqa layihələrdə görə bilərik. Artıq dünya gündəmini müəyyənləşdirən həmin layhiələrin bir hissəsi Cənubi Qafqaz regionunu əhatə edir. Ancaq görünən odur ki, Ermənistan hakimiyyəti yanlış siyasəti ucbatından yenidən bu ölkəni dalan dövlətinə çevirəcək".
Xəbər lenti
0