CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
Dayanma-durmaya qaydaları pozan avtomobillər - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Layihəyə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə ediləcək.
BAKI, 12 iyun — Sputnik. Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 346.9-cu maddədə əksini tapıb.
Layihəyə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə ediləcək.
Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Xəbər lenti
0