CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunvericiliyə velosiped yolu, zolağı, cığırı anlayışları daxil edilir

© Photo : Azerbaijan Highway State AgencyBakıda velosiped yolu
Bakıda velosiped yolu - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirə edilir.
BAKI, 12 iyun — Sputnik. Azərbaycanda velosiped zolağından istifadə qaydaları ilə bağlı qanunvericilik təkmilləşdirilir.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirə edilir.
Dəyişikliklərlə, qanunvericiliyə velosiped yolu, zolağı, cığırı anlayışları daxil edilir.
Qanun layihəsinə əsasən, velosiped zolağı yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.
Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır.
Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır.
Qanun layihəsinə əsasən, velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər.
Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.
Xəbər lenti
0