Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb - VİDEO

© AR Ministry of Defence“Qafqaz Qartalı - 2024” birgə təlimi
“Qafqaz Qartalı - 2024” birgə təlimi - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Bildirilib ki, hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
BAKI, 12 iyun — Sputnik. Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" taktiki-xüsusi təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
"Qafqaz Qartalı - 2024" təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.
Xəbər lenti
0