SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan sülh müqaviləsi layihəsi haqqında: son düzəlişlər qalıb

© Sputnik / Асатур ЕсаянцNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Ermənistan baş naziri deyib ki, sülh müqaviləsinin mətni kifayət qədər yetkindir.
BAKI, 12 iyun — Sputnik. Azərbaycanla sülh müqaviləsinə yalnız son düzəlişlər qalıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə deyib.
"Bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin mətni kifayət qədər yetkindir" - Paşinyan bildirib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana təhvil verdiyi barədə məlumat yayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə demişdi ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil.
Xəbər lenti
0