Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov rusiyalı həmkarını təbrik edib

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanƏli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
BAKI, 12 iyun — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov həmkarı Mixail Mişustini Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik edib.
Məktubda Əli Əsədov qeyd edib ki, iki xalqı birləşdirən çoxəsrlik dostluq telləri, mehriban qonşuluq və qarşılıqlı anlaşma Azərbaycan və Rusiya arasında qarşılıqlı əməkdaşlığın bünövrəsidir.
İki ölkə arasında geniş spektrdə, o cümlədən ticari-iqtisadi, investisiya, sənaye, nəqliyyat, mədəni-humanitar və bir çox digər sahələrdə konstruktiv ikitərəfli dialoqun və səmərəli əməkdaşlığın xüsusi məmnunluq doğurduğu vurğulanıb.
Ə.Əsədov Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əməkdaşlığın xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
0