CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir erkən nikahın qarşısı alındı

© AFP 2024 / MENAHEM KAHANAgəlin
gəlin - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Kəmalə Ağazadə bildirib ki, el şənliyinin keçirildiyi restoranın sahibi toy sahiblərindən sənəd tələb etmədən toyun təşkilinə icazə verib.
BAKI, 12 iyun — Sputnik. Neftçalada erkən nikahın qarşısı alınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, 7 iyun tarixində Neftçala rayonu Dördlər kəndinin DÖRDLƏR Şadlıq sarayında Xəyyam adlı şəxslə 18 yaşı tamam olmayan qızla molla kəbini kəsildikdən sonra toyu olub. O, artıq qızın ər evinə aparıldığını söyləyib. Bildirib ki, el şənliyinin keçirildiyi restoranın sahibi toy sahiblərindən sənəd tələb etmədən toyun təşkilinə icazə verib.
"2007-ci il təvəllüdlü qız özündən 10 yaş böyük olan biri ilə evləndirilir. Halbuki, ərə verilən qızın səhhətində problem olduğu üçün evliliyə məqsədəuyğun hesab edilmir. Mən özüm də hazırda Neftçaladayam. Erkən nikah faktı ilə bağlı aidiyyatı qurumları məlumatlandırmışam" Kəmalə Ağazadə bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan isə bildirib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.
Hüquq-mühafizə əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.
Xəbər lenti
0