CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus yoluna çıxan nəqliyyat vasitələri üçün cərimə artırılır

© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 12.06.2024
Abunə olmaq
Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.
BAKI, 12 iyun — Sputnik. Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.
Qanun layihəsinə əsasən, "Yol hərəkəti haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.
Qeyd edək ki, avtobus yoluna çıxan nəqliyyat vasitələri üçün hazırda bu cərimə 40 manatdır.
Bakını mərkəzində parklanmış avtomobillər - Sputnik Azərbaycan, 1920, 12.06.2024
CƏMİYYƏT
Qanunsuz parklanma yerlərini təşkil edənlər 2 min manat cərimə olunacaq
Xəbər lenti
0