https://sputnik.az/20240611/turkiyede-suni-intellekt-erken-xeberdarliq-sistemi-rolunu-oynayacaq-465268848.html
Türkiyədə süni intellekt erkən xəbərdarlıq sistemi rolunu oynayacaq
Türkiyədə süni intellekt erkən xəbərdarlıq sistemi rolunu oynayacaq
Sputnik Azərbaycan
Nazirin bildirib ki, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və əslində erkən xəbərdarlıq sistemi rolunu oynayacaq. 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T23:41+0400
2024-06-11T23:41+0400
2024-06-11T23:41+0400
süni intellekt
dünya xəbərləri
türkiyə
maliyyə nazirliyi
proqram
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851993_0:0:2309:1299_1920x0_80_0_0_0317211b23cd806ce5cf586f7f853e4b.jpg
BAKI, 11 iyun — Sputnik. Türkiyənin Maliyyə Nazirliyi süni intellektə əsaslanan dövlət xərclərinə nəzarət etmək üçün yeni üsullar hazırlamağa başlayıb. Nazir Mehmet Şimşəkin sözlərinə görə, iki aydan sonra hazırlıq işləri başa çatacaq və bir il ərzində süni intellekt mühasibat sistemlərinə daxil ediləcək. Bu barədə Rusiya mediası Türkiyənin "Dünya" qəzetinə istinadən xəbər verib. Şimşək, süni intellekt Baş mühasibat uçotu müdirliyi tərəfindən ümumilikdə mühasibat uçotunda müxtəlif ssenarilər çərçivəsində, həmçinin ödənişlər, əmanət (depozitə qoyma), yığımlar, maliyyə statistikası, xərclər, maaşlar və digər sahələrdə məlumatları təhlil etmək üçün istifadə ediləcəyini söyləyib. Nazirin sözlərinə görə, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və əslində erkən xəbərdarlıq sistemi rolunu oynayacaq. Bu yaxınlarda Türkiyə Maliyyə Nazirliyi ölkə iqtisadiyyatındakı böhranla əlaqədar zəruri olan büdcə vəsaitlərinə qənaət proqramını açıqlayıb. Proqram çərçivəsində təcili yardım, müdafiə və təhlükəsizlik kimi sahələrdə zəruri ehtiyaclar istisna olmaqla, üç il müddətinə dövlət sektorunda yeni nəqliyyat vasitələrinin alınmasını və icarəyə verilməsini qadağan edir. Dövlət qulluqçuları üçün xaricə ezamiyyətə məhdudiyyətlər tətbiq edilir. Beynəlxalq görüşlərin və milli bayramların təşkili halları istisna olmaqla, işgüzar naharların və digər tədbirlərinin keçirilməsi təcrübəsi də üç il müddətinə dondurulur. Jurnal və təqvimlər, suvenir və korporativ xarakterli digər əşyalar kimi qurum hədiyyələrinə qadağalar və məhdudiyyətlər tətbiq edilib. Maliyyə Nazirliyindən qeyd edilib ki, qənaət tədbirləri paketi genişlənəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460851993_276:0:2008:1299_1920x0_80_0_0_f8e3bf1e66dca2e479d3b5a4e1986181.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
süni intellekt, türkiyə, maliyyə nazirliyi, proqram
süni intellekt, türkiyə, maliyyə nazirliyi, proqram
Türkiyədə süni intellekt erkən xəbərdarlıq sistemi rolunu oynayacaq
Nazirin bildirib ki, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və əslində erkən xəbərdarlıq sistemi rolunu oynayacaq.
BAKI, 11 iyun — Sputnik. Türkiyənin Maliyyə Nazirliyi süni intellektə əsaslanan dövlət xərclərinə nəzarət etmək üçün yeni üsullar hazırlamağa başlayıb. Nazir Mehmet Şimşəkin sözlərinə görə, iki aydan sonra hazırlıq işləri başa çatacaq və bir il ərzində süni intellekt mühasibat sistemlərinə daxil ediləcək. Bu barədə Rusiya mediası Türkiyənin "Dünya" qəzetinə istinadən xəbər verib.
"Biz xərclərin səmərəliliyini, keyfiyyətini, qərar qəbuletmə sürətini və dövlət vəsaitlərinə qənaət etmək üçün süni intellektin dəstəyi ilə mühasibat uçotu və qabaqcıl maliyyə analitikası layihəsini həyata keçiririk. Süni intellekt sayəsində dövlət xərclərinin səmərəliliyi artırılacaq, maliyyə auditinin risk yönümlü infrastrukturu yaradılacaq, həmçinin daxili və xarici auditin səmərəliliyi artırılacaq. Biz hazırlıq işlərini iki ay ərzində başa çatdırıb, sistemi 12 ay ərzində tətbiq edəcəyik", nəşr nazirdən sitat gətirib.
Şimşək, süni intellekt Baş mühasibat uçotu müdirliyi tərəfindən ümumilikdə mühasibat uçotunda müxtəlif ssenarilər çərçivəsində, həmçinin ödənişlər, əmanət (depozitə qoyma), yığımlar, maliyyə statistikası, xərclər, maaşlar və digər sahələrdə məlumatları təhlil etmək üçün istifadə ediləcəyini söyləyib. Nazirin sözlərinə görə, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və əslində erkən xəbərdarlıq sistemi rolunu oynayacaq.
"Süni intellekt xərclərimizi ətraflı təhlil edəcək, xərclərə qənaət imkanlarını müəyyənləşdirəcək və qurumlarımız üçün xərclər barədə tövsiyələr verəcək. Səmərəsiz xərclər aradan qaldırılacaq. Xidmətlərin keyfiyyəti və sürəti zərər görməyəcək", - Maliyyə naziri bildirib.
Bu yaxınlarda Türkiyə Maliyyə Nazirliyi ölkə iqtisadiyyatındakı böhranla əlaqədar zəruri olan büdcə vəsaitlərinə qənaət proqramını açıqlayıb. Proqram çərçivəsində təcili yardım, müdafiə və təhlükəsizlik kimi sahələrdə zəruri ehtiyaclar istisna olmaqla, üç il müddətinə dövlət sektorunda yeni nəqliyyat vasitələrinin alınmasını və icarəyə verilməsini qadağan edir. Dövlət qulluqçuları üçün xaricə ezamiyyətə məhdudiyyətlər tətbiq edilir. Beynəlxalq görüşlərin və milli bayramların təşkili halları istisna olmaqla, işgüzar naharların və digər tədbirlərinin keçirilməsi təcrübəsi də üç il müddətinə dondurulur. Jurnal və təqvimlər, suvenir və korporativ xarakterli digər əşyalar kimi qurum hədiyyələrinə qadağalar və məhdudiyyətlər tətbiq edilib. Maliyyə Nazirliyindən qeyd edilib ki, qənaət tədbirləri paketi genişlənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.