https://sputnik.az/20240611/regionumuzda-savasin-yeni-bir-merhelesi-baslayib---millet-vekili-465320025.html
Regionumuzda savaşın yeni bir mərhələsi başlayıb - Millət vəkili
Regionumuzda savaşın yeni bir mərhələsi başlayıb - Millət vəkili
Sputnik Azərbaycan
Deputat deyib ki, ölkə rəhbəri Misir səfərindən sonra birbaşa Türkiyəyə getməsi diqqətdən kənar qala bilməz. 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T19:00+0400
2024-06-11T19:00+0400
2024-06-11T22:25+0400
siyasət
zahid oruc
azərbaycan
türkiyə
enerji
fələstin
islam
ölkə
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053204_0:161:3068:1887_1920x0_80_0_0_64018565fe89a31a59b253f017dbc0f2.jpg
BAKI, 11 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərinin ardından Türkiyəyə baş tutan bir günlük səfəri bütün diqqətləri bu istiqamətə yönəltdi. Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü ilə bağlı mətbuata verilən açıqlamada qeyd olunub ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar. Millət vəkili Zahid Oruc Azərbaycan prezidentinin Türkiyəyə səfərini Sputnik Azərbaycan-a şərh edib. Millət vəkili deyib ki, ölkə rəhbəri Misir səfərindən sonra birbaşa Türkiyəyə getməsi diqqətdən kənar qala bilməz. Onun sözlərinə görə, Azərbaycan prezidentinin beynəlxalq münasibətlər sistemində əsas tendensiya və çağırışları daim yüksək diqqətdə saxlaması, proseslərə adekvat və çevik siyasət yürütməsi ilə bağlı inkar olunmaz faktdır:Millət vəkili Azərbaycan prezidentinin misirli həmkarı ilə görüş zamanı Qəzzada baş verənlərə açıq mətnlə münasibət bildirməsini xatırladıb:Deputat regionda savaşın yeni bir mərhələsinin başlandığını deyib:"Mən bunu 2022-ci ildən bu dövrə qədər olandan tam fərqli bir faza kimi görürəm. Bu da ondan ibarətdir, regionda indiyə qədər heç bir dövlətə qarşı tətbiq olunmamış sanksiyaların, embarqoların ardınca uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirilməsi ilə bağlı icazələr verilir. Bu icazələrin verilməsi o deməkdir ki, müharibə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, öz-özlüyündə müxtəlif dövlətlərdən həmin çağırışları və riskləri qiymətləndirməyi tələb edir. Bu məsələlərin Türkiyə prezidenti ilə görüşdə müzakirə olunduğuna şübhəmiz yoxdur". Z.Oruc həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycan Ukraynada hərbi əməliyyatların dayandırılmasına tərəfdar olan çox az dövlətlər sırasındadırlar. Onun sözlərinə görə, yerdə qalan dövlətlər 100 minlələrlə insanın ölümünə səbəb olan, milyonlarla insanı qaçqın vəziyyətinə salan müharibənin davam etməsini istəyirlər və bu günlərdə Avropa Parlamentinə keçirilən seçkilər xalqların elitalardan fərqli düşündüyünü göstərdi. Millət vəkili maraqlı bir məqama diqqət çəkib. Z.Oruc hesab edir ki, Türk dövlətləri arasında iqtisadi münasibətlər nə qədər də dərin inkişaf etsə də, Ermənistanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması, kommunikasiyaların işə düşməsi çox önəmli rol oynayacaq:"Ona görə də Orta Dəhliz məsələlərində mövqelər yenə də uzlaşdırılır". Millət vəkili açıqlamasında onu da bildirib ki, bu yaxınlarda SOCAR-ın Türkiyədəki ofisinə edilmiş hücum Azərbaycan və Türkiyənin mənafeləri əleyhinə olan bir neçə siyasi mərkəzin və dairənin hibrid müharibəsi idi:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053204_169:0:2900:2048_1920x0_80_0_0_fa23f64ee7c499ce33311cbc11039581.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zahid oruc, azərbaycan, türkiyə, enerji, fələstin, islam, ölkə
zahid oruc, azərbaycan, türkiyə, enerji, fələstin, islam, ölkə
Regionumuzda savaşın yeni bir mərhələsi başlayıb - Millət vəkili
19:00 11.06.2024 (Yenilənib: 22:25 11.06.2024) Deputat deyib ki, ölkə rəhbəri Misir səfərindən sonra birbaşa Türkiyəyə getməsi diqqətdən kənar qala bilməz.
BAKI, 11 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfərinin ardından Türkiyəyə baş tutan bir günlük səfəri bütün diqqətləri bu istiqamətə yönəltdi. Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü ilə bağlı mətbuata verilən açıqlamada qeyd olunub ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.
Millət vəkili Zahid Oruc Azərbaycan prezidentinin Türkiyəyə səfərini Sputnik Azərbaycan-a şərh edib.
Millət vəkili deyib ki, ölkə rəhbəri Misir səfərindən sonra birbaşa Türkiyəyə getməsi diqqətdən kənar qala bilməz. Onun sözlərinə görə, Azərbaycan prezidentinin beynəlxalq münasibətlər sistemində əsas tendensiya və çağırışları daim yüksək diqqətdə saxlaması, proseslərə adekvat və çevik siyasət yürütməsi ilə bağlı inkar olunmaz faktdır:
"Digər tərəfdən Vətən müharibəsində qələbədən sonra Azərbaycanın daha fəal şəkildə öz xarici əlaqələrini qurduğunu müşahidə edirik. Biz bunu həm Azərbaycana edilən səfərlərdə, həm dövlət başçısının fərqli coğrafiyalara etdiyi ardıcıl səfərlərdə görə bilərik. Azərbaycan prezidentinin qardaş ölkə Türkiyənin lideri ilə görüşlərinin bazisini regional və beynəlxalq təhlükəsizlik məsələlərinin təşkil etdiyinə şübhəmiz yoxdur".
Millət vəkili Azərbaycan prezidentinin misirli həmkarı ilə görüş zamanı Qəzzada baş verənlərə açıq mətnlə münasibət bildirməsini xatırladıb:
"Bu açıqlamalarla ölkə prezidenti Azərbaycan ətrafında "İslam dünyasını parçalayır", "İsrailə dəstək verir" kimi spekulyasiyalar edən qüvvələrə siyasi zərbə vurmuş oldu. Qəzza məsələsində Azərbaycan və Türkiyə arasında fikir ayrılıqları var deyənlərə, bununla kampaniya aparanların da mövqeyinə zərbə dəymiş oldu".
Deputat regionda savaşın yeni bir mərhələsinin başlandığını deyib:
"Mən bunu 2022-ci ildən bu dövrə qədər olandan tam fərqli bir faza kimi görürəm. Bu da ondan ibarətdir, regionda indiyə qədər heç bir dövlətə qarşı tətbiq olunmamış sanksiyaların, embarqoların ardınca uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirilməsi ilə bağlı icazələr verilir. Bu icazələrin verilməsi o deməkdir ki, müharibə keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, öz-özlüyündə müxtəlif dövlətlərdən həmin çağırışları və riskləri qiymətləndirməyi tələb edir. Bu məsələlərin Türkiyə prezidenti ilə görüşdə müzakirə olunduğuna şübhəmiz yoxdur".
Z.Oruc həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycan Ukraynada hərbi əməliyyatların dayandırılmasına tərəfdar olan çox az dövlətlər sırasındadırlar. Onun sözlərinə görə, yerdə qalan dövlətlər 100 minlələrlə insanın ölümünə səbəb olan, milyonlarla insanı qaçqın vəziyyətinə salan müharibənin davam etməsini istəyirlər və bu günlərdə Avropa Parlamentinə keçirilən seçkilər xalqların elitalardan fərqli düşündüyünü göstərdi.
Millət vəkili maraqlı bir məqama diqqət çəkib. Z.Oruc hesab edir ki, Türk dövlətləri arasında iqtisadi münasibətlər nə qədər də dərin inkişaf etsə də, Ermənistanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması, kommunikasiyaların işə düşməsi çox önəmli rol oynayacaq:
"Ona görə də Orta Dəhliz məsələlərində mövqelər yenə də uzlaşdırılır".
Millət vəkili açıqlamasında onu da bildirib ki, bu yaxınlarda SOCAR-ın Türkiyədəki ofisinə edilmiş hücum Azərbaycan və Türkiyənin mənafeləri əleyhinə olan bir neçə siyasi mərkəzin və dairənin hibrid müharibəsi idi:
"Azərbaycan qlobal sanksiyalardan kənarda qalması həmin mərkəzlərdə narahatlıq yaradır və onlar istəyir ki, biz enerji resurslarımızı xarici bazarlara çıxara bilməyək. Onlar daxildə də müxtəlif avantürist qüvvələri proseslərə cəlb etmişdilər. Bu baxımdan Ankara və Bakı arasında sinxron şəkildə vahid fəaliyyət istiqamətinin seçilməsi üçün ali səviyyədə görüşün keçirilməsi çox önəmli idi. Əvvəlki onilliklərdən fərlqi olaraq bölgənin gündəliyi Azərbaycan və Türkiyə tərəfindən formalaşdırılır. Ona görə də, hər bir siyasi mərkəzdə Azərbaycan liderinin Rusiya, İranla təmasları diqqətlə izlənir və onlar kontur tədbirlərini buna əsasən formalaşdırırlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.