https://sputnik.az/20240611/qurban-bayraminda-heyvanlarin-satisi-ve-kesimi-bu-unvanlarda-heyata-kecirilecek---syahi-465314305.html
Qurban bayramında heyvanların satışı və kəsimi bu ünvanlarda həyata keçiriləcək - SİYAHI
Qurban bayramında heyvanların satışı və kəsimi bu ünvanlarda həyata keçiriləcək - SİYAHI
Sputnik Azərbaycan
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan... 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T21:31+0400
2024-06-11T21:31+0400
2024-06-11T21:31+0400
qurban
cəmiyyət
bayram
kəsim
azərbaycan
qida təhlükəsizliyi agentliyi
satış
heyvan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465311737_0:38:630:392_1920x0_80_0_0_f0036f229df6ce50dbe880907bb3c9cd.jpg
BAKI, 11 iyun — Sputnik. Qurban bayramının müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə, 16, 17 iyun tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər. Siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/heyvan-saglamligi/xeberler/qurban-bayrami-gunlerinde-heyvanlarin-satisi-ve-kesimi-xidmetleri-gosterilecek-unvanlar-aciqlanibDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465311737_29:0:602:430_1920x0_80_0_0_347d649b54a6334ab0e55bb1c37c0fd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban, bayram, kəsim, azərbaycan, qida təhlükəsizliyi agentliyi, satış, heyvan
qurban, bayram, kəsim, azərbaycan, qida təhlükəsizliyi agentliyi, satış, heyvan
Qurban bayramında heyvanların satışı və kəsimi bu ünvanlarda həyata keçiriləcək - SİYAHI
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub.
BAKI, 11 iyun — Sputnik. Qurban bayramının müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə, 16, 17 iyun tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.
Qurban bayramı günlərində respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.