https://sputnik.az/20240611/qafqaz-qartali---2024-teliminin-yuksek-seviyyeli-musahideci-gunu-kecirilib---vdeo-465317564.html
"Qafqaz Qartalı - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO
"Qafqaz Qartalı - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO
Sputnik Azərbaycan
Müdafiə naziri hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması... 11.06.2024, Sputnik Azərbaycan
2024-06-11T21:55+0400
2024-06-11T21:55+0400
2024-06-11T21:55+0400
təlim
hərbi
"qafqaz qartalı"
azərbaycan
türkiyə
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465317270_0:0:1001:563_1920x0_80_0_0_a2e3c308f256312378c0006ec02e5aa9.jpg
BAKI, 11 iyun — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabitləri ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" birgə təlimi çərçivəsində təşkil olunan "Yüksək səviyyəli Müşahidəçi Günü"ndə iştirak ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər. Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər. Tədbirin sonunda general-polkovnik Zakir Həsənov "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları ilə görüşüb. Müdafiə naziri peşəkar ordunun formalaşmasında xüsusi təyinatlı qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb. "Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0b/465317270_29:0:918:667_1920x0_80_0_0_e044e4da43a517956abd611526a8d90c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, "qafqaz qartalı", azərbaycan, türkiyə, gürcüstan
təlim, "qafqaz qartalı", azərbaycan, türkiyə, gürcüstan
"Qafqaz Qartalı - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO
Müdafiə naziri hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.
BAKI, 11 iyun — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabitləri ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" birgə təlimi çərçivəsində təşkil olunan "Yüksək səviyyəli Müşahidəçi Günü"ndə iştirak ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.
Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.
Tədbirin sonunda general-polkovnik Zakir Həsənov "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları ilə görüşüb.
Müdafiə naziri peşəkar ordunun formalaşmasında xüsusi təyinatlı qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.