Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Vladimir Putinə məktub göndərib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş, arxiv
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş, arxiv - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır.
BAKI, 11 iyun — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Sizi və Sizin şəxsinizdə Rusiyanın bütün dost xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır. Biz strateji müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əldə olunmuş səviyyəsini yüksək qiymətləndiririk.
Bu gün bizim ikitərəfli gündəliyimizdə əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən və şübhəsiz, həyata keçirilməsinin təkcə ölkələrimizə və xalqlarımıza deyil, həm də bütövlükdə regionun rifahına xidmət edən məsələlərin geniş spektri yer alır.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri və dost ölkələrimizin maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyət gələcəkdə də yüksələn xətlə səmərəli şəkildə inkişaf edəcək, yeni məzmun və birgə layihələrlə zənginləşəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
İyunun 12-də Rusiya Günü qeyd olunur. 1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında Bəyannaməni təsdiq edib. 1991-ci il iyunun 12-də ilk prezident seçkiləri keçirilib, ölkənin adı dəyişdirilərək Rusiya Federasiyası adlandırılıb, yeni Konstitusiya qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0