Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - FOTO

© AR Ministry of Defence RaufHərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.
BAKI, 11 iyun — Sputnik. 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə yarışlar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
© AR Ministry of Defence RaufHərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Yarışlarda ümumilikdə 8 komanda olmaqla, 47 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyən edilməsidir.
© AR Ministry of DefenceHərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Yekun nəticələrə əsasən qaliblər mükafatlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0