DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS dollarsızlaşdırma strategiyasını həyata keçirir - İran XİN

© Depositphotos.com / AaelboeollosyRusiya və İran bayraqları, arxiv
Rusiya və İran bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
BRİKS-ə üzv ölkələrin vahid valyutasının yaradılması və ticarət-iqtisadi dövriyyənin dollarsızlaşdırılması məsələsi BRİKS-ə üzv ölkələrin maliyyə nazirliklərinin gündəliyində olan strategiyadır.
BAKI, 11 iyun — Sputnik. Vahid valyutanın yaradılması və ticari-iqtisadi dövriyyənin dollarsızlaşdırılması BRİKS-ə üzv ölkələrin gündəmində olan strategiyadır.
Bunu İranın xarici işlər naziri Əli Baqiri Kani RİA Novosti-yə müsahibəsində bildirib.

"BRİKS-ə üzv ölkələrin vahid valyutasının yaradılması və ticarət-iqtisadi dövriyyənin dollarsızlaşdırılması məsələsi BRİKS-ə üzv ölkələrin maliyyə nazirliklərinin gündəliyində olan strategiyadır. Artıq BRİKS proqramı çərçivəsində bu prosesi başa çatdırırıq", - Baqiri Kani bildirib.

© AP Photo / Martin MeissnerRubl və dollar, arxiv
Рубль и доллар - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Rubl və dollar, arxiv
Qeyd edək ki, yanvarın 1-də Rusiya gələn il üçün BRİKS-in sədri olub. İl, təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Hazırda Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyasının sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər, o cümlədən Nijni Novqorodda görüş təşkil edlilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0