Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Belarus Prezidenti: Azərbaycandan idxalı artırmağı planlaşdırırıq

© Photo : BeltaBelarus Prezidenti
Belarus Prezidenti - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.
BAKI, 11 iyun — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.
Bunu o, Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

"Bununla bağlı heç bir maneə yoxdur. Ticarət dövriyyəmiz ilə bağlı göstəricilər yaxşıdır. Amma bu, balanslı deyil. Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik", - A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarusun ortaq dəyərləri var.
Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0