CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
BAKI, 11 iyun — Sputnik. Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaşdır. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Molla - Sputnik Azərbaycan, 1920, 10.06.2024
CƏMİYYƏT
Molla kəbini, yoxsa siğə: Rəsmi nikah olmadan kəbin kəsənləri hansı cəza gözləyir?
Xəbər lenti
0