Azərbaycan və İran hərbçiləri birgə təlim keçiriəcəklər
© Official website of President of Azerbaijan RepublicAzərbaycan ilə İran dövlət sərhədində bayraqlar, arxiv
Abunə olmaq
Hər iki ölkənin ərazisində keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
BAKI, 11 iyun - Sputnik. 2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Bildirilir ki, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
© AR Ministry of DefenceƏÜO-nun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib
ƏÜO-nun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib
"Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək", - məlumatda bildirilir.
© Iranian Army via APİran quru qoşunları, arxiv
İran quru qoşunları, arxiv
© Iranian Army via AP
Qeyd olunur ki, hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.