NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropa Azərbaycan qazını Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir

© iStock.com / Zuka83Qaz paylayıcı stansiya, arxiv
Qaz paylayıcı stansiya, arxiv - Sputnik Azərbaycan, 1920, 11.06.2024
Abunə olmaq
Hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
BAKI, 11 iyun — Sputnik. Avropa Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə nəql etmək istəyir. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə birlik ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır.
Qeyd olunub ki, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
Bu, Aİ-nin enerji resurslarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qaz almaq imkanını aradan qaldırır. Ukrayna ərazisindən tranziti saxlamaq niyyəti Avropa İttifaqının bunu Ukrayna iqtisadiyyatını ayaqda saxlayan amillərdən biri hesab etməsi ilə bağlıdır.
Avropa rəsmiləri boru kəmərlərinin fəaliyyətsiz qalacağı təqdirdə yararsız hala düşə və ya hərbi hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.
Ukraynanın "Naftoqaz" şirkətinin baş icraçı direktoru Aleksey Çernışovun agentliyə verdiyi məlumata görə, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir. Eyni zamanda, o, Ukraynanın Rusiyanın "Qazprom"u ilə təmasları nəzərdə tutan tranzitin uzadılması üçün Aİ layihələrində iştirakını istisna edib.
Ukrayna ərazisindən keçən tranzit xətti "Şimal axını"nın dağıdılmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0