https://sputnik.az/20240610/sgaldan-azad-olunmus-erazilere-avtobus-marsrutlari-artirilir-465286203.html
İşğaldan azad olunmuş ərazilərə avtobus marşrutları artırılır
İşğaldan azad olunmuş ərazilərə avtobus marşrutları artırılır
Sputnik Azərbaycan
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır. 10.06.2024, Sputnik Azərbaycan
2024-06-10T21:13+0400
2024-06-10T21:13+0400
2024-06-10T21:13+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
marşrut
marşrut xətləri
laçın
xankəndi
bərdə
bakı
zəngilan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_0:0:1920:1080_1920x0_80_0_0_84dbd914fdd2178a136d3e8109e52053.jpg
BAKI, 10 iyun - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.AYNA-dan verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438452455_240:0:1680:1080_1920x0_80_0_0_3f19932b416fd3a3cd42a351c3121f99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
marşrut, marşrut xətləri, laçın, xankəndi, bərdə, bakı, zəngilan
marşrut, marşrut xətləri, laçın, xankəndi, bərdə, bakı, zəngilan
İşğaldan azad olunmuş ərazilərə avtobus marşrutları artırılır
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
BAKI, 10 iyun - Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt:
elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;
Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;
Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.